Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bir qisim dövlət qulluqçuları fəxri adlarla təltif edilib.
Ölkə başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq dövlət qulluğunda səmərəli fəaliyyət göstərən şəxsləri təltif edib.
Xeberler.az-ın məlumatına görə, təltif edilənlər sırasında Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də var. Nazir müavini “Tərəqqi” medalına layiq görülüb.
Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirən Elmir Vəlizadə süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuş, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.
1991-ci ildə Prezident Aparatında birinci dərəcəli mütəxəssis kimi işə başlayıb. Burada çalışdığı dövrdə ardıcıl olaraq vəzifə pillələri ilə yüksəlib.
Belə ki, 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildə isə Prezidentin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.
Ölkə başçısının Sərəncamı ilə 2007-ci il dekabrın 26-da Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini təyin edilib. Hazırda Rabitə və yüksək texnologiyalar nazirinin müavini kimi fəaliyyətini davam etdirir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri