Nazir müavini: “Məqsədimiz 2024-cü ilə qədər azı 25 Mb/s sürətli genişzolaqlı internetdir"

22-03-2022 / 15:54

“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”

Xeberler.az bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib.

O, bu barədə İsveçrənin Cenevrə şəhərində işə başlamış Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclasında ölkəmizi təmsil edərkən danışıb.

Azərbaycanda əhalinin təxminən 85%-i internetdən istifadə etdiyini deyən nazir müavini ölkəmizdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə