Previous Next
Bağla

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

22-03-2022 15:52
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının iclasında təmsil olunur

21 mart tarixində Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının növbəti iclası öz işinə başlayıb. İclasda ölkəmizi rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Xeberler.az bildirir ki, tədbir çərçivəsində BTİ-nin fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, cari il və gələcək illər üzrə fəaliyyət planlarının, maliyyə sənədlərinin və bir sıra digər məsələlərin müzakirəsi aparılıb.

Tədbirin ilk günü nazir müavini Rövşən Rüstəmov məruzə ilə çıxış edərək, Azərbaycanda İKT infrastrukturunun inkişafı və rəqəmsal transformasiya üzrə görülən işlər barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Nazir müavini bildirib ki, ölkəmizdə, əhalinin demək olar ki, 85 faizi internetdən istifadə edir.

“Biz ölkəmizin genişzolaqlı infrastrukturuna sərmayə qoymağa və GPON, LTE texnologiyalarını tətbiq etməklə milli genişzolaqlı layihələri həyata keçirməyə davam edirik. Məqsədimiz FTTH (Fiber to the Home) şəbəkələrindən istifadə edərək sabit genişzolaqlı internet abunəçilərinin faizini artırmaq və 2024-cü ilə qədər minimum 25 Mb/s sürətli genişzolaqlı internetin tam əhatə dairəsinə nail olmaqdır”, – deyə Rövşən Rüstəmov qeyd edib.

Nazir müavini ölkəmizdə bu istiqamətdə dövlət-özəl tərəfdaşlığının genişləndirilməsinə önəm verildiyini diqqətə çatdırıb.

Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda bütün əhali mobil şəbəkə ilə əhatə olunub, mobil genişzolaqlı internet geniş yayılıb. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı xidmət abunəçilərinin sayı 73-ə bərabərdir.

Nazir müavini əlavə edib ki, rabitə rəqəmsal transformasiyanın ilkin şərtidir və bu, hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda strateji hədəflərdən biridir. Bu məsələdə ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının əhəmiyyətli roluna böyük önəm verir. Belə ki, BTİ hökumətlərin və digər maraqlı tərəflərin əməkdaşlıq etmək, ən yaxşı təcrübələri bölüşmək və çətin problemləri həll etmək üçün bir araya gəldiyi vacib platformadır.

Rövşən Rüstəmov, eyni zamanda cari ilin sentyabr-oktyabr aylarında Buxarest şəhərində keçiriləcək Səlahiyyətli Konfransda Azərbaycanın növbəti müddət üzrə Şura üzvlüyünə və ölkəmizin nümayəndəsi Sahibə Həsənovanın təşkilatın Radio Tənzimləmə Bürosunun üzvlüyünə namizədliklərinin irəli sürüldüyünü bəyan edib.
Qeyd edək ki, Şurada təşkilatın 193 üzv ölkəsindən yalnız 48-i təmsil olunur. 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014 və 2018-ci illərdə ard-arda Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti BTİ-nin Radiorabitə Bürosunun direktoru Mario Manieviç və Standartlaşdırma Bürosunun direktoru Çeysub Li ilə görüşlər keçirib, BTİ ilə əməkdaşlığın genişləndirilməsi imkanları üzrə müzakirələr aparıb. Həmçinin ABŞ, Rumıniya, Türkiyə, Qana və Uqanda nümayəndə heyətləri ilə baş tutan ikitərəfli görüşlər zamanı BTİ çərçivəsində tərəfdaşlıq üzrə perspektivlər və təşkilatın növbəti Səlahiyyətli Konfransı çərçivəsində keçiriləcək seçkilərdə iştirak haqqında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Nazir müavini: “Məqsədimiz 2024-cü ilə qədər azı 25 Mb/s sürətli genişzolaqlı internetdir"

Nazir müavini: “Məqsədimiz 2024-cü ilə qədər azı 25 Mb/s sürətli genişzolaqlı internetdir"

22-03-2022
Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

Nazir müavini Rövşən Rüstəmov Yaponiyanın daxili işlər və rabitə nazirinin müavini ilə görüşüb

13-01-2022
Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

Ölkəmiz Cenevrədə İKT konfransda təmsil olunur

18-04-2018
Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

Rəşad Nəbiyev BTİ-nin növbəti Səlahiyyətli Konfransında çıxış edib

27-09-2022
Nazir müavini: Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir

Nazir müavini: Azərbaycan əhalisinin 85 faizi internetdən istifadə edir

02-12-2021
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının illik sessiyasında iştirak edir

12-07-2023
Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

Rövşən Rüstəmov  Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüşüb

23-03-2022
Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

Azərbaycan BTİ-nın Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında təmsil olunur

08-06-2022
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

04-10-2022
Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

Azərbaycan BTİ Şurasının illik sessiyasında iştirak edir

18-06-2025
Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

Azərbaycanın BTİ Şurasına üzvlük üçün namizədliyi təqdim olunub

29-04-2026
Azərbaycan istifadəçiləri 2024-cü ilədək 25 Mbit/s sürətə malik internetlə təmin olunacaq

Azərbaycan istifadəçiləri 2024-cü ilədək 25 Mbit/s sürətə malik internetlə təmin olunacaq

01-12-2021
Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

Beynəlxalq Telekommunikasiya İttifaqına yeni Baş katib seçilib

02-11-2018
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur

29-10-2018
Nümayəndə heyətimiz  BTİ-nin iclasında iştirak edir

Nümayəndə heyətimiz BTİ-nin iclasında iştirak edir

17-05-2017
Azərbaycan Telekommunikasiya Şurasının sessiyasında iştirak edir

Azərbaycan Telekommunikasiya Şurasının sessiyasında iştirak edir

19-06-2019
Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

Azərbaycan növbəti dəfə Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib

05-11-2018
Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

Azərbaycanın nümayəndə heyəti Ümumdünya Radiorabitə Konfransında iştirak edib

18-12-2023
Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

Açıq dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nəqliyyat nazirlərinin konfransı keçirilib

17-08-2022
Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

Azərbaycan Qlobal Standartlar Simpoziumu və Ümumdünya Standartlaşdırma Assambleyasında təmsil olunub

16-10-2024
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına namizədliyini irəli sürüb

01-09-2021
Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqında ikiqat uğuru

19-11-2018
Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi  ilə videokonfrans formatında görüşüb

Nazir Rəşad Nəbiyev BTİ-nin Baş katibi ilə videokonfrans formatında görüşüb

22-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə