Previous Next
Bağla

Nazir: “Bulud texnologiyası həyatın ayrılmaz bir hissəsi olub”

30-01-2018 17:35
Nazir: “Bulud texnologiyası həyatın ayrılmaz bir hissəsi olub”

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNT) təşkilatçılığı ilə Bakıda “Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi” mövzusunda tədbir keçirilib.

Xeberler.az bildirir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bulud texnologiyalarının artıq müasir həyatın ayrılmaz bir hissəsi olduğunu və beynəlxalq təcrübədə bu texnologiyaların müxtəlif sektorlarda uğurla tətbiq olunduğunu qeyd edib.

Nazir bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi AzInTelecom MMC-yə məxsus Data Mərkəzi beynəlxalq səviyyədə qəbul edilən TİER III yüksək etibarlılıq sertifikatına malikdir.

Mərkəzin dünyanın ən aparıcı şirkətlərinin avadanlıqları ilə təchiz edildiyini vurğulayan R.Quluzadə dövlət qurumlarına, fiziki və hüquqi şəxslərə data və bulud texnologiyaları xidmətləri göstərildiyini deyib.

O, Data Mərkəzin bulud əsaslı xidmətlər göstərməklə yerli və xarici bazarda rəqabətə davamlı və etibarlı xidmət təminatçısı kimi çıxış etdiyini qeyd edib. Nazir bildirib ki, əsas hədəflərdən biri respublikamızın regionun tranzit informasiya mərkəzinə çevrilməsidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə çıxışında bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı nəticəsində bu gün artıq maliyyə sektorunda yeni alətlər tətbiq olunur, ofissiz maliyyə xidmətləri göstərən yeni formalı mexanizmlər yaranır. R.Aslanlı bununla belə, informasiya texnologiyaları, o cümlədən bulud texnologiyaları üzərindən maliyyə xidmətlərinin göstərilməsi üçün hüquqi bazaya ehtiyac olduğunu vurğulayıb. Bulud texnologiyalarının maliyyə sektorunda tətbiqi ilə bağlı təşəbbüsü dəstəklədiklərini də diqqətə çatdıran Direktorlar Şurasının sədri NRYTN ilə MBNT arasında başlayan bu addımın səmərəli əməkdaşlığa çevriləcəyinə, eyni zamanda bu imkanlar əsasında yeni alətlərin generasiya edilə biləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra Ernst&Young şirkətinin “Bulud texnologiyalarına keçidin əsas aspektləri” mövzusunda təqdimatı dinlənilib. “Bulud”a inteqrasiyanın dünya maliyyə bazarlarına verdiyi töhfələr və “bulud” həllərinin beynəlxalq iqtisadi münasibətlərə təsirindən danışılıb.

Təqdimatdan sonra MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev müzakirələrə qoşularaq, bulud texnologiyaları üzrə risklər və bu risklərin idarə olunması ilə bağlı rəylərini bildiriblər.

Növbəti təqdimat AzInTelecom-un Data Mərkəzinin fəaliyyətinə həsr edilib, qeyd edilib ki, Data Mərkəzi informasiya təhlükəsizliyinin, etibarlılığın artırılması, qəza hallarının aradan qaldırılması, kapital xərclərinin minimuma endirilməsi üçün bütün infrastrukturla təchiz olunub.

Bildirilib ki, istismar xərclərinin optimallaşdırılması sayəsində elektron xidmətlərin inkişafı və daha çevik çatdırılması təmin edilir, məlumatların ölkə ərazisində saxlanması xaricə valyuta axınını azaldır.

Daha sonra Data Mərkəzin Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA), “Golden pay” kimi müştərilərinin təmsilçiləri çıxış edərək, bu əməkdaşlığın verdiyi faydalardan söz açıblar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom” “PCI DSS” sertifikatını əldə edib

27-12-2024

AMB: "Maliyyə sektorunun bulud texnologiyalarına inteqrasiyasına qadağa yoxdur"

13-04-2023

“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

13-04-2023

DATA Mərkəzin yaradılması müsbət addımdır - Nəticələr

18-05-2015

Blokçeyn texnologiyalarının tətbiqi ilə bağlı tədbirlər həyata keçirilir

16-05-2019

Nazir blokchain-in tətbiqi mexanizmlərndən danışdı

13-12-2018

Mərkəzi Bankda İnnovasiyalar günü keçirilib

28-10-2019

Nazir Rəşad Nəbiyev Yevlax şəhərində yerləşən Əlçatanlıq Zonasının fəaliyyəti ilə tanış olub

16-06-2022

Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

05-03-2021

Nazir DATA-mərkəzin istismara veriləcəyi tarixi açıqlayıb

07-08-2015

“AzInTelecom” iki beynəlxalq nüfuzlu sertifikasiyadan keçib

07-11-2025

Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi

09-08-2022

“AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb

11-08-2022

Dövlət Vergi Xidməti ehtiyat məlumatlarını Yevlax Data Mərkəzinə köçürür

19-12-2022

Dövlət komitəsinə Yevlax Data Mərkəzində rezerv serverlər ayrılıb

23-11-2022

Dövlət qurumlarının informasiya sistemləri bir məkanda mərkəzləşəcək

18-03-2019

Bulud texnologiyası ilə bağlı tədqiqatlar aparılıb

18-07-2019

"Bulud texnologiyaları" üzrə seminar keçiriləcək

15-06-2021

Dövlət Reklam Agentliyi “Hökumət buludu”nda əldə etdiyi xidmətləri genişləndirir

07-09-2022

E-tibdə bulud texnologiyalarının tətbiqi müzakirə edilib

20-05-2016

“AzInTelecom” “AzInCloud” platformasını istifadəyə verib

29-11-2024

Bakı Metropoliteni İT sistemlərini “Hökumət buludu”na köçürüb

03-02-2026

Azərbaycanın dövlət "bulud" provayderi tam kommersiya fəaliyyətinə keçəcək

22-12-2020

“AzInTelecom” “CIDC-2025” konfransında iştirak edib

13-10-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə