Previous Next
Bağla

Nazirlik “Microsoft”la birgə Bakıda seminar keçirib

17-02-2023 16:06
Nazirlik “Microsoft”la birgə Bakıda seminar keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan dövlət qurumlarının rəqəmsal transformasiyası fonunda “Microsoft” şirkəti ilə birgə “RİNN&Microsoft – Rəqəmsal tərəfdaşlıq və təcrübə mübadiləsi” mövzusunda seminar keçirib.

Xeberler.az nazirliyin yaydığı məlumata istinadən xəbər verir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində “Microsoft” məhsullarının tətbiqi, üstünlükləri və rəqəmsal faydalılığı barədə müzakirələr aparılıb.

Tədbirin keçirilməsində məqsəd “Microsoft” məhsullarının tətbiqi vasitəsilə ölkəmizin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində qeyd edilən beş milli prioritetdən biri olan “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”na çevrilməsi prosesini sürətləndirməkdir.

“Microsoft”un ölkəmizdə səfərdə olan nümayəndələri Anna Kaştanova və Tatyana İostman çıxış edərək mövcud proseslərin rəqəmsallaşdırılması istiqamətində şirkətin təklif etdiyi məhsulların təqdimatını keçiriblər. Beynəlxalq korporasiyanın rəsmiləri məhsullar və hər bir xidmət üzrə iş prinsipləri haqda ətraflı məlumat veriblər.

“AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev tədbir zamanı bildirib ki, “AzInTelecom” MMC innovativ şirkət olaraq mövcud iş proseslərini mütəmadi olaraq rəqəmsallaşdırır. “Microsoft” ilə əməkdaşlıq çərçivəsində beynəlxalq korporasiyanın təqdim etdiyi rəqəmsal məhsullardan yararlanır.

“AzInTelecom” proseslərin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi istiqamətində “Microsoft” şirkəti ilə həyata keçirdiyi sıx əməkdaşlıq nəticəsində əldə edilən təcrübəni Azərbaycanın digər dövlət qurumları ilə bölüşməyə tam hazırdır”, - deyə R.Əliyev vurğulayıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“AzInTelecom”un departament direktoru vəzifəsindən ayrılıb

03-04-2023

AzInTelecom Microsoft-la əməkdaşlığa başladı

07-12-2017

“AzInTelecom”-un təşəbbüsü ilə ödənişsiz vebinar keçirilib

02-05-2020

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019

"AzInTelecom"da yeni təyinat olub

15-05-2023

Microsoft Bakıda səhiyyə sektoru üçün seminar keçəcək

07-03-2017

Azərbaycan "Microsoft"la Rəqəmsal Bacarıq Mərkəzinin yaradılmasını müzakirə edib

11-02-2026

SİMA vasitəsilə xarici vətəndaşlara da rəqəmsal imza veriləcək

14-04-2023

Mingəçevir Dövlət Universiteti “AzInTelecom” MMC-nin xidmətlərindən yararlanacaq

07-10-2022

Microsoft NATO ilə saziş imzalayıb

16-09-2015

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026

Microsoft Azərbaycanda Əşyaların İnterneti laboratoriyasını yaradacaq

02-11-2018

İT-rəhbər və mütəxəssislər üçün seminar keçirilib

30-09-2015

“AzInTelecom” Astanada “Digital Bridge 2025” forumunda iştirak edib

10-10-2025

Təhlükəsiz bulud infrastrukturu mövzusunda tədbir keçiriləcək

24-10-2018

“AzInTelecom” “AmCham”a üzv oldu

08-08-2023

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017

"Microsoft"un təsisçilərindən biri dünyasını dəyişib

02-12-2019

“AzInTelecom” IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə ölkədə rəqəmsal transformasiyanı sürətləndirir

13-04-2023

Gürcüstan və Azərbaycan "Microsoft for Startups" vebinarı keçirəcək

06-02-2025

“AzInTelecom” və “Azfina” fintex şirkətlərini bir araya toplayıb

07-01-2025

“AzInTelecom” Türkiyənin “Çekino Group” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

20-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə