Previous Next
Bağla

Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

24-12-2019 17:39
Peşə Təhsil Mərkəzində Microsoft məhsullarının səmərəliliyindən danışılıb

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Microsoft Azerbaijan” şirkəti tərəfindən seminarlar keçirilib.

Xeberler.az bildirir ki, seminarlarda “Microsoft” şirkətinin təhsil fəaliyyətlərindən, təhsil sistemində istifadə olunan “Microsoft” məhsullarının səmərəliliyindən danışılıb. Eyni zamanda, informasiya-kommunikasiya texnologiyaları vasitəsilə təhsili inkişaf etdirmək məqsədilə tədris metodlarının təkmilləşdirilməsinin vacibliyi diqqətə çatdırılıb, mərkəzin infrastrukturunun davamlı inkişaf etdirilməsi istiqamətində təkliflər dəyərləndirilib.

“Microsoft” şirkətinin təhsil həlləri üzrə mütəxəssisi Oliver Zofiç sürətlə inkişaf edən dünyada texnologiyanın üstünlüklərindən istifadə edərək, yeni bilik, təcrübə və imkanlar qazanmağın əhəmiyyətindən danışıb. O, “Microsoft”un Azərbaycan üzrə milli planının əsas tərkib hissəsi olan təhsildə rəqəmsal transformasiya, şirkətin mövcud bulud sistemləri, süni intellekt, həmçinin peşə təhsil imkanları barədə məlumat verib.

Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramları üzrə meneceri Emin Axundov “Microsoft”un Azərbaycan üzrə milli planının əsas komponentlərindən birinin təhsil müəssisələrində tədris fəaliyyətinin səmərəliliyini artırmaq və təhsil sistemini inkişaf etdirməkdən ibarət olduğunu vurğulayıb.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru mərkəzin geniş texniki imkanlarını nəzərə alaraq, “Microsoft” şirkətinin tədrisdə müxtəlif həllərini tətbiq etmək məqsədilə xüsusi texniki poliqonun yaradılması imkanının mövcudluğunu qeyd edib.

Tədbirin sonunda “Microsoft” şirkətinin nümayəndələri mərkəzin emalatxana və dərs otaqlarında mövcud texniki imkanlarla əyani tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026
Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

10-12-2009
Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

Microsoft Texniki Universitet ilə əməkdaşlıq edəcək

12-10-2019
Microsoft  Bakıda növbəti seminar keçirib

Microsoft Bakıda növbəti seminar keçirib

03-04-2018
London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

London şəhərində “İnnovativ məktəb” mövzusunda beynəlxalq konfrans keçirilib

23-01-2009
Microsoft yeni məhsullarını təqdim edir

Microsoft yeni məhsullarını təqdim edir

30-11-2016
Microsoft Azərbaycanda növbəti sertifikatlaşdırma mərkəzi yaradır

Microsoft Azərbaycanda növbəti sertifikatlaşdırma mərkəzi yaradır

02-03-2017
Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

Elm və təhsil nazirinin müavini ‘Microsoft’un nümayəndəsi ilə görüşüb

19-05-2026
Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

Azərbaycan “Microsoft” tərəfindən təşkil olunacaq konfransda təmsil olunacaq

03-07-2009
20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026
İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

İstək Liseyi Microsoft-un texnologiyasından istifadə edəcək

07-06-2017
Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

Azərbaycanda texnoloji Peşə Təhsil mərkəzləri yaradılıb

14-10-2016
Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

Azərbaycan Koreya ilə yeni təhsil müəssisəsi yaradır

29-01-2018
Microsoft Azerbaijan  Student2Student proqramını elan edib

Microsoft Azerbaijan Student2Student proqramını elan edib

01-02-2016
Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019
Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016
Microsoft Bakıda proqramçıları bir araya topladı

Microsoft Bakıda proqramçıları bir araya topladı

28-02-2017
Microsoft Bakıda səhiyyə sektoru üçün seminar keçəcək

Microsoft Bakıda səhiyyə sektoru üçün seminar keçəcək

07-03-2017
Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

Microsoft Azərbaycan universitetlərində laboratoriya açmaq istəyir

12-12-2018
“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026
Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

Azərbaycanda «Təhsil və texnologiya vasitəsilə iqtisadi inkişaf» konfransı keçiriləcək

08-11-2010
Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

Bakıda “Microsoft” İnnovasiya Günü keçiriləcək

06-03-2015
Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

Bakıda “Microsoft” İnnovasiya Günü keçirilib

12-03-2015
Gəncədə İT üzrə təlimlər keçirilib

Gəncədə İT üzrə təlimlər keçirilib

27-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə