Previous Next
Bağla

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021 19:59
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?
"Dövlət qurumu vətəndaşdan diplomun notarial qaydada təsdiqlənmiş variantının elektron versiyasını öz sisteminə yükləməyi tələb edir. Yəni vətəndaş onun haqqında dövlət qurumunda - Təhsil Nazirliyində olan bir məlumatın doğruluğunu hansısa bir dövlət qurumuna sübut etmək üçün yenidən başqa bir dövlət qurumuna - Ədliyyə Nazirliyinə getməlidir. Ödəniş edərək onu təsdiqlətməlidir, "scan” versiyasını hazırlamalıdır və nəhayət dövlət qurumunun informasiya sisteminə yükləməlidir”.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, problem Azərbaycanın indiki inkişaf mərhələsi üçün olduqca xoşagəlməz, təəssüf doğuran və izahı olmayan bir vəziyyətdir:

"Təhsil Nazirliyi son illərdə bir neçə uğurlu, faydalı rəqəmsal həllər hazırlayıb.  Elektron Hökumət Portalına diqqət yetirdikdə bəzi elektron xidmətlərin yalnız adlarını görmək olur, xidmətin özü aktiv deyil. Ümumiyyətlə, belə müşahidə etmək olur ki, nazirliyin bir neçə aktiv elektron xidməti Portala inteqrasiya olunmadan ayrı bir resurs üzərindən təqdim olnur.  Onda sual ounur ki, portal nə üçün lazımdır ? Maraqlıdır ki, Təhsil nazirliyinin  diplomlarla bağlı "Təhsil sənədlərinin həqiqiliyinin onlayn yoxlanılması” xidməti də yarımçıq bir vəziyyətdədir.  Sistem yalnız 2011-2017-ci illər üzrə diplomları yoxlamağa imkan verir. Heç bir quruma inteqrasiya indiyədək baş tutmayıb”.

O.Gündüz diplom bazası ilə bağlı 5 il bundan öncə də durumun təxminən bu vəziyyətdə olduğunu vurğulayıb: 

"Görəsən ötən 5 il müddətində nazirlik bu bazanı yeniləyə bilməyibmi ? Nə üçün universitetlərə bu haqda tapşırıqlar verilməyib ? Dəqiq xatırlayıram ki, bir universitet özünün 4-5 illik diplom bazasını nazirliyin sisteminə cəmi bir-iki ay ərzində yükləyə bimişdi.  Belə olan halda,  ötən 5 il ərzində ali təhsil müəssisələrində oflayn formada mövcud olan diplom bazasının Təhsil nazirliyinə inteqrasiyasının indiyədək baş tutmaması təəssüf və təəccüb doğurur”.

Ekspert bildirib ki, nazirlik tez bir zamanda diplom bazasını qaydaya salmalı, rəqəmsallaşdırmalı və FİN-ə bağlanmalıdır: 

"Bu bazanı "eGov” və "myGov” Portalına, DİM-in sisteminə, təhsil müəssisələrinə inteqrasiya etməlidir. Nazirlik bu bazadan istifadə üçün dövlət və özəl müəssisələrə, universitetlərə servislər təqdim etməlidir ki, bu qurumlar vətəndaşdan diplomu və ya onun notarial təsdiqini tələb etməsin,  vətəndaşın FİN nömrəsinə görə onun diplomunu tanıya bilsinlər. Bununla həm də saxta diplom problemini birdəfəlik həll etmək olardı.

Bir müddət öncə Təhsil haqqında  qanunvericiliyə də dəyişikliklər edilib. Artıq kağız formada diplomlar vermək qadağan olunub, diplomlar yalnız elektron formada olacaq. Bu baxınmdan Təhsil nazirliyinin öz informasiya sistemlərini tez bir zamanda buna hazırlaması, diplomların vahid bazaya toplanması üçün universitetlərə ciddi tapşırıq verməsi  və inteqrasiya proseslərinə başlaması çox vacibdir”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015

Nazirlik rəsmisi: 8 növ təhsil xidməti “myGov”a inteqrasiya edilib

24-02-2026

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023

Təhsil Nazirliyinin 2 elektron xidməti istifadəyə verilib

13-01-2015

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026

Elm və Təhsil Nazirliyi yeni elektron xidmət hazırlayıb

19-08-2023

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015

Hansı universitet məzun günündə diplom verə bilir ?

20-06-2024

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

24-05-2017

Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021

Azərbaycanda ali məktəb məzunlarının elektron bazası yaradılıb

08-05-2012

Ali təhsil müəssisələri vahid platformada birləşəcək

21-08-2019

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsinə nələr mane olur?

12-11-2022

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə