Previous Next
Bağla

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022 13:42
Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

Rəqəmsal hökumət quruculuğu və rəqəmsal transformasiyanın formalaşdırdığı yeni mühit: rahatlıq və effektivlik, yoxsa yeni bürokratiya?

Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.

"Hazırda ali təhsilin magistratura səviyyəsinə elektron sənəd qəbuluna start verilib.
Sənəd qəbulu haqqında elanlara diqqət yetirdikdə təəccüblənməmək və təəssüf hissi keçirməməmək mümkün deyil. Magistrlar üçün nəinki iki pilləli, hətta üç pilləli qeydiyyat proseduru müəyyən olunub:

1. İlk öncə magistr Təhsil Nazirliyinin portal.edu.az/ resursunda qeydiyyatdan keçməlidir və zəruri sənədləri sistemə yükləməlidir;

2. Bundan sonra magistr qəbul olunduğu universitetin informasiya sistemində qeydiyyatdan keçməlidir və müvafiq sənədlərin elektron formalarını sistemə yükləməlidir;

3. Nəhayət, hər iki mərhələni bitirəndən sonra magistr həmin sənədləri kağız formada toplayıb universitetə getməli və oflayn formada şənədlərini təqdim etməlidir. (Elanlardan görünür ki, hələlik yalnız UNEC bu mərhələni tələb etmir)

Yəni, görünən odur ki, rəqəmsal transformasiya, rəqəmsal hökumət quruculuğu nəinki prosesləri sürətləndirib və zaman itkisinin qarşısı alıb, nəinki optimallaşmaya və rahatlığa səbəb olub, əksinə, vətəndaşın vəziyyətini daha da çətinləşdirib.

Tələb olunan sənədlərin siyahısına diqqət etdikdə görmək olar ki, hər bir sənəd hansısa bir dövlət qurumunda elektron formada var. Buna baxmayaraq vətəndaşdan yenidən həmin sənədlər kağız və ya elektron formada tələb olunacaqsa onda rəqəmsal hökumət quruculuğuna, rəqəmsal transformasiyaya nə ehtiyac var?
15 il elektron hökumət quruculuğu prosesi getdiyi bir zamanda vətəndaşdan həm ikili elektron qeydiyyat, həm də kağız sənədlər toplamaq nə dərəcədə doğrudur?

Mövcud qanunvericilik tələb edir ki, TN-nin, DİM-in, digər aidiyyatı dövlət qurumlarının və heç olmasa dövlət universitetlərinin informasiya sistemləri inteqrasiya olunmalı, vahid qeydiyyat prinsipi müəyyən olunmalı və vətəndaşdan kağız formada sənədlər tələb olunmamalıydı. Bununla bağlı qanunvericilik mövcuddur. Uzun illərdir ki, bu problem davam edir. Təəssüf ki, rəqəmsal hökumətə cavabdeh olan Elektron Hökumətin İnkişafı Mərkəzi indiyədək Təhsil Nazirliyi ilə birgə bu problemi həll edə bilməyib.

Düşünürəm ki, TN, DİM və ali təhsil müəssisələri tez bir zamanda informasiya sistemlərini inteqrasiya etməlidir. EHİM səylərini gücləndirməli, təhsilə məxsus informasiya sistemlərinin digər dövlət qurumlarına inteqrasiyası üçün konkret addımlar atmalıdır. İnteqrasiya ilə bağlı digər sahələrdə də oxşar proseslər var və davam edir.

Təklifim odur ki, EHİM təcili hökumət qarşısında məsələ qaldırmalıdır :
Əgər vətəndaşla bağlı hansısa BİR dövlət qurumunda informasiya varsa həmin informasiyanı DİGƏR dövlət qurumunun kağız və ya elektron formada yenidən vətəndaşdan tələb etməsi QADAĞAN edilməlidir. Əks halda, görünür ki, rəqəmsal proseslər uzun müddət ləngiyəcək və ən pisi odur ki, daha "müasir" bürokratik proseslər formalaşacaq".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

Təhsil nazirliyi diplom bazasını 5 ildir niyə yeniləmir?

12-03-2021
Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

Kağızdan tam imtina 2026-cı ilədək reallaşa bilər

13-04-2022
Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

Ekspert: Arayışlarla bağlı problem hələ də öz həllini tapmayıb

30-07-2021
Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

Rəqəmsal hökumət quruculuğunun sürətləndirilməsi üçün mühüm addım

15-02-2023
Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018
Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

Ekspert: Təhsil qurumlarının eGov-a inteqrasiyası başa çatmayıb

10-08-2019
Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına  tam olaraq inteqrasiya olunmayıb

Ekspert: Dövlət qurumlarının məlumat bazası e-Gov portalına tam olaraq inteqrasiya olunmayıb

06-09-2021
Dövlət qurumları adında "elektron" sözü olan sənədlərin kağız fromasını da tələb edirlər

Dövlət qurumları adında "elektron" sözü olan sənədlərin kağız fromasını da tələb edirlər

29-12-2023
Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

Nazirlik elektron xidmətlərlə bağlı qalmaqallı ittihamlara cavab verdi

29-03-2021
Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

Ekspert: Bəzi universitetlər qeydiyyat üçün Kəndirli qovluq, Yaşayış yerindən arayış tələb edir

29-08-2024
Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

Osman Gündüz: Hansı universitetlər paralel qeydiyyat təşkil edir?

28-08-2025
Elektron dövlət xidməti zamanı sənədlərin tələb edilməsi minimuma endirilir

Elektron dövlət xidməti zamanı sənədlərin tələb edilməsi minimuma endirilir

13-09-2022
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Ekspert: "EHİM-in hazırladığı məlumat  eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

Ekspert: "EHİM-in hazırladığı məlumat eGov sahəsində çalışan İT şirkətinin illik press relizini xatırladır"

11-01-2022
Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

Yaşayış yeri haqqında e-arayışı hansı qurum tanıyacaq?

16-04-2015
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

“Dövlət qurumunda olan informasiya vətəndaşdan tələb olunmamalıdır”

04-09-2015
AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

AzTU-ya qəbul olunanlardan kağız formada heç bir sənəd tələb olunmayacaq

05-07-2024
Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

Azərbaycanda kağız diplom dövrü başa çatır - Osman Gündüz

09-01-2026
ASAN 2.0 realdırmı ?

ASAN 2.0 realdırmı ?

05-12-2018
Ekspert: "Arayışlar mövsümü başlayır  "

Ekspert: "Arayışlar mövsümü başlayır "

24-09-2020
Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

Ekspert: Əksər Universitetlər kağız sənədlər toplamaqdan və paralel qeydiyyatdan imtina ediblər

10-09-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə