Previous Next
Bağla

Nazirlik: Azərbaycan banklarının adından saxta məktublar göndərilir

12-10-2020 17:38
Nazirlik: Azərbaycan banklarının adından saxta məktublar göndərilir

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından e-poçtlar vasitəsilə saxta məktublar göndərildiyini qeydə alıb. Məktublarda qeyd olunur ki, guya əsas serverlər erməni hakerlər tərəfindən hücuma məruz qaldığından məktublar “proxy” serverlər üzərindən göndərilir. Müraciətdə o da qeyd olunur ki, guya kiber hücumlarla bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mərkəzi Bank vətəndaşları bank hesablarından vəsaitlərini çıxarmağa çağırır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bildirir ki, bu məlumatlar həqiqəti əks etdirmir və təxribatdır. Düşmənin məqsədi dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaqdır.

Vətəndaşlardan bir daha xahiş olunur ki, tanımadıqları şəxslərdən gələn məlumatlara etimad etməsinlər və öncə məlumatların düzgünlüyünü rəsmi mənbələrdən yoxlasınlar.

Həmçinin vətəndaşlar hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər. Baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini (screenshot) və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirlik: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir

20-10-2020

Vətəndaşlara Ermənistanın hücuma keçəcəyinə dair saxta mesaj göndərilir

04-11-2020

Nazirlik: Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir

26-10-2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara xəbərdarlıq edir

13-10-2020

Düşmən kibermühitdəki təhlükəli təxribatını davam etdirir

17-10-2020

Düşmən bu dəfə “Facebook” üzərindən təxribatlarını davam etdirir

08-10-2020

Bank sədrinin adından saxta səs yazısı yayılıb

09-10-2020

Düşmən təxribatlarını davam etdirir

09-10-2020

NRYTN adından internetin məhdudlaşdırılması ilə bağlı yalan məlumatlar yayılıb

16-12-2020

Elektron Təhlükəsizlik Xidməti: Düşmən növbəti təxribatını “Periscope” vasitəsilə edir

04-10-2020

“Mail.ru”-nun azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur

09-10-2020

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021

Nazirlik: Adımızdan saxta məktublar göndərilir

29-10-2020

Nazirlik: Düşmən kibermühitdə təxribatlarını davam etdirir

02-10-2020

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022

NRYTN: Ermənistan əsgərlərimizə yardım adı altında vəsait toplayır

20-10-2020

“WhatsApp” istifadəçilərinə xəbərdarlıq edilib

01-10-2020

Nazirlik saytlara təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyyə edib

15-10-2020

NRYTN: Düşmən əks-təbliğat aparmaq məqsədilə məlumat əldə etməyə çalışır

10-12-2020

Nazirlik^ Düşmən növbəti təxribata əl atıb

02-10-2020

Nazirlik: “WhatsApp” üzərindən “fişinq” kampaniyaları həyata keçirilir

27-10-2020

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020

“WhatsApp” üzərindən müəllim və tələbələrə “fişinq” hücumlar edilir

16-11-2020

ETX saxta investisiya layihələri ilə bağlı vətəndaşları xəbərdar edir

29-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə