Previous Next
Bağla

Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

15-09-2016 12:30
Şagirdləri internetdə zərərli məlumatlardan necə qorumaq olar?

Dərs ilinin başlaması ilə şagirdlər yeni həvəslə təhsilə başlayır və bilik əldə etmək üçün aktiv şəkildə İnternetə çıxışı olan qurğulardan istifadə edirlər. Lakin şəbəkədə onların qarşısına dünyagörüşlərini genişləndirəcək və yaxşı qiymətlər almağa kömək edəcək informasiya ilə yanaşı, valideynlərin belə təxmin edə bilməyəcəkləri arzuolunmaz kontentlər və bir çox təhlükələr çıxa bilər.

Kasperskiy Lab şirkətinin məlumatına görə, təhsillə bağlı İnternetə çıxış zamanı məktəblilərin 58%-i kompüter və notbuklara üstünlük verir. Planşetlərdən bu məqsədlə 4 nəfərdən 1-i, smartfonlardan isə məktəblilərin 15%-i istifadə edir.

Gənc istifadəçilərin yarısından çoxu (60%-i) ən azı həftədə bir neçə dəfə təhsillə əlaqədar İnternetə daxil olur. Bununla belə, şagirdlərin 28%-i İnterneti öz təhsilləri üçün çox əhəmiyyətli alət olaraq görür və məhz bu səbəbdən ondan tamamilə imtina etməyə hazır deyil.

Bundan başqa, şаgirdlər İnternetdə informasiyanın axtarışı zamanı kibertəhlükələrlə də rastlaşa bilər. Belə ki, 8-16 yaş arası şagirdlərin 37%-i bu cür hallarla qarşılaşdığını bildirib. Onlar uyğun olmayan kontentlə, zərərli proqramlar, fırıldaqçılıq, onlayn təcavüz və digər təhlükəli hallarla rastlaşıblar.

Onu da qeyd edək ki, şagirdlərin İnternetə çıxışı olan qurğulardan aktiv istifadəsi valideynlərlə konfliktə səbəb olur, bu da bir çox ailələrdə həm uşaqların, həm də böyüklərin eyni qurğulardan istifadə etməsindən irəli gəlir. Bu, kompüter və notbukların ümumi istifadə olunduğu 64% ailə üçün aktual problemdir. Məsələn, valideynlər uşaqların qurğuda nə isə qırdığından (31%), virus keçirdiklərindən (30 %) və səhvən bəzi informasiyaları silməklərindən (23%) şikayət edirlər. Hər 4-cü valideyn (24%) uşağı tərəfindən sifariş olunmuş və ya yüklənilmiş kontent üçün pul ödəməli olur. Uşaqlar da şikayətsiz deyil: gənc istifadəçilərin 16%-i valideynlərinin səhvən onların məlumatlarını sildiyini bildirib.

"Qurğular və İnternetə çıxış həqiqətən şagirdlərə təhsildə çox kömək edir: daha çox informasiya əldə etməyə şərait yaradır, öyrənmə prosesini yadda qalan və daha maraqlı edir. Lakin uşağı rəqəmsal dünya ilə təkbətək buraxarkən onun təhlükəsizliyi barədə də düşünmək lazımdır. Şagirdlər sadəcə yeni informasiya axtarsalar belə, uyğun olmayan kontentlə rastlaşa və psixoloji travma ala bilərlər. Qoruyucu həll yolu İnternetdən yeni biliklərin alınması prosesinə mütləq şəkildə əlavə edilməlidir. Uşağın kompüterinə quraşdırılmış valideyn nəzarət proqramı vasitəsilə uşaq təsadüfən və ya bilərəkdən azruolunmaz kontentlə rastlaşa bilməz. Bu cür kontentə yüksək maraq olduğu təqdirdə isə valideyn bu barədə bildiriş qəbul alır”, - deyə Kasperskiy Lab şirkətinin uşaq internet təhlükəsizliyi üzrə eksperti Mariya Namestnikova qeyd edib.

İnternetdə uşaqların təhlükəsizliyini təmin etmək üçün Kasperskiy Lab şirkəti bütün məşhur əməliyyat sistemlərinə uyğun olan Kaspersky Safe Kids adlı xüsusi həll işləyib hazırlayıb. Bu proqram valideynlərə gənc istifadəçinin İnternetdə nə ilə məşğul olduğunu, orada nə qədər vaxt keçirdiyini öyrənmək, həmçinin uşağın smartfonuna gələn zəng və SMS-lər barədə xəbərdarlıq alma və geolokasiya funksiyasının köməyilə yerlərini təyinetmə imkanı yaradır.

İnternetdə uşaqları gözləyən təhlükələr və qoruma üsulları barədə daha ətrflı məlumatı kids.kaspersky.ru saytından əldə edə bilərsiniz.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

Kaspersky Lab uşaqlar üçün yeni xidmət istifadəyə verib

29-07-2016
Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

Sosial mediada uşaqları təhlükələrdən necə qorumalı?

20-02-2017
Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020
Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

Kaspersky Lab Azərbaycanda Yeni il tətilində uşaqların internetdə nə axtardıqlarını müəyyənləşdirib

04-02-2019
Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

Kaspersky Lab şirkəti uşaqların bu yay nə ilə maraqlandıqlarını araşdırıb

03-09-2018
“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020
Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

Kaspersky: Valideynlərin dörddə biri yeni doğulmuş körpələrə qadjet verir

17-01-2020
Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

Uşaqların narkotik saytlara marağı artıb- Reytinq cədvəli

02-06-2017
Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

Kaspersky: Valideynlər internetdən istifadədə özlərinə nəzarət etmir

24-10-2019
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

Azərbaycanda uşaqların təxminən üçdə biri hər gün video oyun oynayır

19-05-2020
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

Uşaqların təhlükəsizliyini qoruyan yeni mobil tətbiq

02-12-2015
Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını  izləyə biləcəklər

Valideynlər uşaqlarının hansı videolara baxdıqlarını izləyə biləcəklər

01-06-2022
Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020
Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

Şəbəkə uşaq oyuncağı deyil: uşağı internetdə necə qorumalı

26-08-2022
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
Uşaqların internet dünyası araşdırıldı

Uşaqların internet dünyası araşdırıldı

07-07-2018
Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

Kaspersk Azərbacanda uşaqların əsasən hansı saytlara girdikləri araşdırıb

08-09-2021
Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

Kaspersky və Skill Cup uşaqların onlayn təhlükəsizliyi üzrə mobil kursa başlayıb

30-06-2021
Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

Kaspersky 2021-ci ilin payızında uşaqların hansı internet məzmunla maraqlandığını araşdırıb

14-01-2022
Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

Uşaqların internetdə təhlükəsizliyi necə qorunur?

26-10-2015
İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

İnternet oyunları uşaqlar üçün təhlükə mənbəyidir

05-08-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə