Previous Next
Bağla

Təhlükəli oyun WhatsApp vasitəsi ilə yayılır

12-03-2018 15:10
Təhlükəli oyun WhatsApp vasitəsi ilə yayılır

Bir müddətdir 13-15 yaş aralığında olan uşaqları və yeniyetmələri cəlb edən Mavi balina oyunu indi də WhatsApp ilə yayılmağa başlayıb.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, oyun xüsusi linklər ilə WhatsApp üzərindən yayılır.

Qeyd edək ki, Mavi balina hər hansı tətbiqetmə və ya internet informasiya ehtiyatı şəklində mövcud deyil.  

Bu yazışma yolu ilə yeniyetmələri əmrləri icra etməyə təhrik edən və ya maraq yaradan link formasında yayılan kontentdir.

Son dövrlər məsələ ilə bağlı ölkəmizdə də ciddi addımlar atılır. Belə ki, bu yaxınlarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq istifadəçilərə təhlükəli olduğu barədə xəbərdarlıq etdi.

Xatırladaq ki, Mavi balina 2013-cü ildə yaradılıb. Bu oyun 2015-ci ildən intiharlara səbəb olmağa başlayıb.

Qeyd edilir ki, oyun haqda ilk dəfə rusiyalı jurnalist məlumat verib. Belə ki, jurnalist 12 yaşlı qızın ölüm səbəbini araşdırarkən Mavi balina ilə tanış olub.

Məlum olub ki, 50 gün davam edən oyun 50 tabşırıqdan ibarətdir. Oyuna qoşulmaq üçün veb kameranın və səs mikrofonunun açıq olması şərtdir. Nəticədə oyun istifadəçilərini özündən asılı vəziyyətə salır, özünə qapanmalar yaradır.

Xarici mediada yer alan məlumatlara görə, oyunu yeniləyən adam həbs edilsə də, yaradıcıları və idarə edənləri hələ də tutulmayıb.

Çoxsaylı intiharlara yol açdığına görə Mavi balina bir çox dünya ölkələrində qadağan edilib.

Aləmdə Nəsib

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Mavi balina oyunu Azərbaycanda bloklanır? - Nazirlikdən cavab

19-02-2019

Nazirlikdən təhlükəli oyunla bağlı xəbərdarlıq

01-12-2017

Mavi balina oyununun daha bir qurucusu saxlanıldı

21-06-2018

Ekspert: “Roblox” və “Mavi Balina” kimi oyunlarda real təhlükə var

04-12-2025

Need For Speed:No Limits oyunu Play Store-da

21-09-2015

Wolfenstein oyunu iPhone`da oynanılacaq

30-03-2009

WhatsApp-dan daha bir yenilik

02-08-2017

İşçilərin 40 faizi video oyun oynayır- Araşdırma

03-04-2018

Xfire v.1.99 Build 34432 - həm çat, həm oyun

15-10-2008

“Facebook”un rənginin nəyə görə mavi olduğu üzə çıxıb

16-09-2010

Azərbaycan Avropa Poçt Müsabiqəsində 3-cü yeri tutub

23-10-2024

Ukraynanın İT şirkəti Rusiyanın saytlarını bloklayan kompüter oyunu hazırlayıb

28-02-2022

Star Wars-un RPG oyunu gəlir

22-12-2015

Oyun studiyaları üçün “Digital Dragons 2026”ya müraciət qəbulu başlayıb

10-04-2026

Azərbaycanın ilk Virtual Reallıq oyunu-Yüksəklik

27-01-2017

Aprel döyüşlərinə həsr olunan virtual reallıq oyunu təqdim olunub.

24-07-2018

"Facebook"da nəhəng bir oyun

08-06-2010

Mobil oyunlar məşhur seriallara rəqib olmağa başlayıb

05-07-2017

MAFİOZİ.AZ –YENİ OYUN SAYTI!!!

13-02-2009

WhatsApp-a bu paylaşımlarla bağlı qadağa qoyuldu

16-03-2018

Kompüter oyunlarından asılılıq xəstəlikdir-Rəsmi

05-01-2018

Köhnə Amiga oyunu yenidən satışda

28-08-2009

GTA 6-nın təqdim olunacağı tarix açıqlandı

23-12-2015

Whatsapp-ı geridə qoyan oyun

10-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə