Nazirliklərin aylarla yenilənməyən səhifələri-Araşdırma

19-09-2017 / 11:12

Məlum olduğu kimi, son dövrlər sosial medianın gücü bütün sahələrdə daha çox hiss olunmağa başlayıb.

Belə ki, artıq sosial medianın təsir gücü ilə nəinki cəmiyyəti yönləndirmək, hətta hadisələrin gedişatını tamamilə dəyişmək, diqqəti başqa yerlərə yönəltmək mümkündür.

Dünyada ictimaiyyətə birbaşa təsir etmək istəyən qurumlar, şirkətlər bu imkandan müsbət mənada faydalanmağa çalışır. Ona görə də belə qurumlar Facbook, Instagram, Twitter, YouTube kimi media kanallarının auditoriyasını genişləndirib, aktiv saxlayır.

Təəssüflər olsun ki, bu məsələ ilə bağlı hələlik ölkəmizdə ürəkaçan məqamlar müşahidə edilmir.

Azərbaycanda xüsusən dövlət qurumları sosial medianın gücündən istifadə etməkdə tənbəllik göstərir.

Xeberler.az olaraq bu barədə araşdırma məqalələr dərc etmək qərarına gəldik ki, görəsən ölkəmizdə hansı qurumun saytı, sosial mediadakı fəaliyyəti daha aktivdir.

İlk olaraq Azərbaycanda fəaliyyət göstərən nazirliklərin fəaliyyətini monitorinq etdik.

Elə nazirliyimiz var ki, Instagram-da aktiv paylaşımlar edir, elə nazirliyimiz də var ki ya Facebook səhifəsi yoxdur, ya da səhifədəki məlumatlar aylarla yenilənmir.

Bu barədə oxuculara ətraflı məlumat təqdim edirik:

Daxili İşlər Nazirliyinin rəsmi saytı- mia.gov.az 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Saytda Nazirliyin struktur və xidmətləri barədə ətraflı məlumat yer alıb.

Resurs arzu edilən formada aktiv olmasa da, son xəbər sentyabrın 13-də yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsinin isə  8 min 428 bəyəni, 8 min 502 izləyici sayı var.

Səhifə aktivdir, tez-tez məlumat paylaşılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı -eco.gov.az/az  2 dildə ( Azərbaycan və rus) fəaliyyət göstərir.

Saytda Nazirliyin struktur və xidmətləri barədə ətraflı məlumat yer alıb. Resurs demək olar ki, hər gün yenilənir. Saytda ən son bu gün məlumat paylaşılıb.

Nazirliyin Facebook səhifəsi mövcud olsa da, ictimiaiyyətə açıq deyil, aktiv məlumatlar paylaşılmır. 

Səhifədə aktiv olaraq məlumatlar paylaşılır.

Fövqəladə Hallar Nazirliyin fhn.gov.az saytı 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət  göstərir.

Saytın həmçinin Andorid telefonlar üçün mobil əlavəsi də mövcuddur.

Resursda gündəlik xronik hadisələrə uyğun olaraq hər an məlumat paylaşa bilər. Nazirliyin rəsmi Facebook səhifəsini 821 nəfər bəyənib, 839 nəfər isə izləyir.

Səhifədə sonuncu məlumat ötən gün paylaşılıb.

Gənclər və İdman Nazirliyinin saytı - mys.gov.az 2 dildə (Azərbaycan, ingilis)  fəaliyyət göstərir.

Saytda sonuncu məlumat bu gün paylaşılıb. Nazirliyin Facebook səhifəsinin 26.609 bəyəni və  26.448izləyici sayı olsa da, səhifə aktiv deyil. Belə ki, səhifədə sonuncu məlumat martın 29-da paylaşılıb.

Nazirliyin həmçinin Twitter səhifəsi də var. Bu səhifə də aktiv deyil, sonunu məlumat ötəl il, iyun ayında paylaşım ediblər.

Maliyyə Nazirliyinin maliyye.gov.az saytı 2 dildə ( Azərbaycan, ingilis) dilində fəaliyyət göstərir.

Saytda Nazirliyin struktur və xidmətləri barədə ətraflı məlumat yer alıb.

Resurs o qədər də aktiv olmasa da, sonuncu məlumat senytabrın 15-də paylaşılıb.

Nazirliyin rəsmi Facebook səhifəsinin 7.055 bəyəni, 7.029 min izləyici sayı var.

Saytda paylaşılan xəbərlər Facebook səhifəsində də yayımlanır. Yəni, səhifədəki aktivlik saytın fəaliyyətinə uyğundur. Səhifədə dünən yenilənmə olub.

Müdafiə Nazirliyi‎nin rəsmi saytı - mod.gov.az 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Sayt funksionallığı ilə seçilir. Resursda aktiv olaraq fəaliyyət cəbhə xəbərləri və Nazirliyin digər fəaliyyətlərinə aid məlumatlar paylaşılır. Sayta sonuncu məlumat elə bu gün yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsinin 141.406 bəyəni və 140.651 min izləyici sayı var.

Səhifədə məlumatlar mütəmadi paylaşılır.

Nazirliyin həmçinin Twitter səhifəsində də məlumatlar aktiv olaraq paylaşılır. Səhifənin 46 izləyicisi var. Sonuncu məlumat bu gün paylaşılıb.

Müdafiə Sənayesi Nazirliyi‎nin mdi.gov.az saytı 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Saytda Nazirliyin struktur və xidmətləri barədə ətraflı məlumat yer alsa da, yenilənmə olmur. Belə ki, sonuncu məlumat ötən ayın 22-də paylaşılıb.

Nazirliyin rəsmi Facebook səhifəsinin 2.073 bəyəni, 2.091 izləyici sayı var. Səhifədə sonuncu məlumat avqustun 23-də paylaşılıb.

Mədəniyyət və Turizm Nazirliyinin mct.gov.az/az saytı 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Saytın maraqlı xüsusiyyəti isə ən çox oxunan xəbərlərin həftə , ay üzrə və ümumi statikası açıqlanır. Resursa sonuncu xəbər senytabrın 18-də yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsinin 16.867 bəyəni, 16.763 izləyici sayı var. Səhifə aktivdir, yenilənmələr edilir.

Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi saytı –mincom.gov.az 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərir.

Saytın dizaynı və funksionallığı o qədər də ürəkaçan deyil. Resursa sonuncu məlumat senytabrın 8-də yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsinin 11.070 bəyəni, 11.141 izləyici sayı var.

Səhifədə sonuncu məlumat dünən paylaşılıb.

Səhiyyə Nazirliyinin sehiyye.gov.az saytı  yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Saytda son məlumat sentyabrın 15-də paylaşılıb.

Nazirliyin Facebook səhifəsinin 47.767 bəyəni, 47.531 izləyici sayı var.

Səhifədə də sonuncu məlumat senytabrın 15-də paylaşılıb.

Təhsil Nazirliyi‎n rəsmi saytı-edu.gov.az/az 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Sayt aktivliyi, funksionallağı ilə seçilir. Belə ki, sayta sonuncu məlumat dünən yerləşdirilib.

Nazirliyin Facebook səhifəsinin 84.431 bəyəni, 84.262 izləyici sayı var.

Səhifədə də aktiv olaraq yeniləmələr gedir, son məlumatlar paylaşılır.

Vergilər Nazirliyinin ‎rəsmi taxes.gov.az saytı 3 dildə (Azərbaycan, rus, ingilis) xidmət göstərir.

Bu sayt da funksionallığı  ilə seçilir. Belə ki, saytın hər iki platforma (Android, iOS) üçün mobil əlavəsi mövcuddur.

Resursda son məlumat isə senytabrın 18-də paylaşılıb.

Nazirliyin rəsmi Facebook, Instagram, Twitter və YouTube səhifələri fəaliyyət göstərir.

Belə ki, Instagram-da səhifənin 665 izləycisi var. Facebook-da isə 44.441 bəyəni və

44.072 izləyicisi var.

İnstagram-da sonuncu paylaşım dünən olub.

Nazirliyin Twitter səhifəsinin 808 izləyicisi var. Sonuncu məlumat sentyabrın 14-də paylaşılıb.

Sənaye və Energetika Nazirliyi‎nin rəsmi minenergy.gov.az saytı 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Saytın dizaynı və funksionallığına diqqət edilmir. Belə ki saytın dizaynı da xoşagələn deyil. Saytda sonuncu məlumat sentyabrın 9-da paylaşılıb.

Nazirliyin sosial mediada heç bir fəaliyyəti, səhifəsi yoxdur.

Xarici İşlər Nazirliyi‎nin mfa.gov.az/az saytı 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir. Sayt sadə dizayna sahibdir.

Resursa sonuncu məlumat dünən yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsi 8.387 bəyəni və 8.364 izləyiciyə sahibdir.

Səhifədə sonuncu məlumat dünən paylaşılıb.

Qurumun həmçinin 530 izləyici ilə Instagram səhifəsi də aktivdir. 

Marqlıdıq ki, Nazirliyin Twitter səhifəsi 27 mindən çox izləyici ilə xidmət göstərir.

İqtisadiyyat Nazirliyinin rəsmi economy.gov.az saytı 2 dildə ( Azərbaycan, ingilis) fəaliyyət göstərir.Sayta sonuncu məlumat dünən yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsini 4.932 bəyəni və 4.911 izləyici sayı var.

Səhifədə sonuncu məlumat senytabrın 14-də paylaşılıb.

Həmçinin, Twitter-dən də paylaşım edən qurumun burada 156 izləyicisi var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi‎nin mlspp.gov.az saytı 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Saytda sonuncu məlumat dünən yerləşdirilib.

Nazirliyin rəsmi Facebook səhifəsinin 43.284 bəyəni və 42.902 izləyicisi var.

Səhifə də aktiv olaraq yenilənir.

Twitter səhifəsində də Facebook-da paylaşılan məlumatlar yayımlanır. Burada isə nazirliyi 467 nəfər izləyir.

Ədliyyə Nazirliyi‎nin justice.gov.az saytı 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Bu sayt da çox sadə dizayna sahibdir. Resursda sonuncu yenilənmə dünən olub.

Nazirliyin rəsmi Facebook səhifəsi 1.183 bəyəni və 1.177  izləyici sayına sahib olsa da, aktiv deyil. Belə ki, sonuncu məlumat 2011-ci ilin, yanvar ayında paylaşılıb.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə