Previous Next
Bağla

Formula 1-in informasiya təminatı necə qurulub?

16-06-2016 16:43
Formula 1-in informasiya təminatı necə qurulub?

Məlum olduğu kimi, Sabah Bakıda ilk dəfə Formula 1 üzrə Avropa Qran Prisinə start veriləcək. 

Artıq yarışda iştirak edən komandalar Azərbaycana gəlib.

Son bir neçə gündür idmançıların ölkəmizə gəlişi, ümumiyyətlə, Formula 1 istiqamətindəki işlərlə bağlı sosial mediada çox paylaşımlar edilir.

Yarışların təşkilində texniki və texnoloji tərəflər, informasiya təminatı da cəmiyyətin maraq dairəsində olduğundan Xeberler.az olaraq bununla bağlı mütəmadi məlumatlar yayımlayırıq.

Xeberler.az-ın məlumatına görə, hazırda Formula 1 yarışları sosial mediada ən çox müzakirə olunan, paylaşılan mövzulardandır.

Sosial mediada, xüsusilə də Twitter-də əsasən Formula 1 ilə əlaqəli həştəqlər üstünlük təşkil edir.

Müşahidələrimiz göstərir ki, Formula 1 ilə bağlı həştəqlər (#F1Baku #EuropeGP #F1) dünya trendləri arasında 1-cidir.



Qeyd edək ki, Formula 1 Baku-nun rəsmi Twitter səhifəsi -@BakuCityCircuit aktiv idarə olunur.

Yarışlarla bağlı bütün məlumatlar operativ olaraq səhifədən paylaşılır.
İdmançılar haqda, onların ölkəmizdə olduqları barədə şəkillərlə bərabər ətraflı məlumatlar paylaşılır.

Hazırda səhifənin Twitter-də 23 mindən çox izləyicisi var.

Vətəndaşlar da Twitter səhifələrində sabahki açılışla bağlı #F1Baku #EuropeGP #F1  həştəqləri ilə fikirlərini bölüşür.

Həmçinin yarışı izləyəcək tamaşaçıların da sualları cavablandırılır və onlara ərazilər barədə istiqamətverici məlumatlar verilir.

Eyni zamanda yarışın rəsmi Facebook səhifəsində də (Baku City Circuit - F1 Grand Prix of Europe) aktivlik müşahidə edilir.

Səhifənin 211 mindən çox izləyicisi var.



Diqqətimizi çəkən bir məqam isə paylaşımların yalnız 2 dildə olmasıdır ( Azərbaycan, ingilis).

Hətta Facebook-da paylaşımlar yalnız Azərbaycan dilində paylaşılır. Düşünürük ki, sosial mediada bir neçə dildə ( Azərbaycan, ingilis, rus və s.) paylaşımlar edilsə, daha faydalı olar.

Məsələn, Baku Grand Prix şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai sosial mediada çox aktivdir və yarışlarla bağlı vacib paylaşımlarını əksər vaxt 3 dildə edir.

Bu arada yarış təşkilatçılarının da sosial mediadan faydalı istifadə edib, insanlara operativ məlumat çatdırması diqqətlərdən yayınmır.

Baku City Circuit-in İnstagram səhifəsinə də ciddi nəzarət edilir.

FacebookTwitter-də paylaşılan şəkillər, həştəqlər İnstagram-da paylaşılır.



Baku City Circuit-in İnstagram səhifəsinin 5 mindən çox izləyicisi var.

Məlumat verdiyimiz kimi, F1 Baku Gran-pri yarışmasının rəsmi saytı www.bakucitycircuit.com- a da Eurodesign şirkəti tərəfindən ciddi nəzarət edilir.

Qeyd edilir ki, saytın təhlükəsizliyi və kiber hücumlardan müdafiəsi üçün bütün qabaqlayıcı addımlar atılır.

Sayt funksionallığı ilə seçilsə də, məlumatların paylaşılması baxımından o qədər də aktivlik müşahidə edilmir.

Saytda yarışlar, idmançılar, biletlər almaq barədə ətraflı məlumat qeyd edilib.

Həmçinin hazırda ölkəmizdə olan idmançıların görüşləri barədə də məqalələr yayımlanır. Sayt 4 dildə ( Azərbaycan, türk rus, ingilis) xidmət göstərir.

 Saytın iOS Android üçün mobil tətbiqləri də istifadəyə verilib.

 

Əldə etdiyimiz məlumata görə, mobil əlavələr Baku City Circuit qurumun sifarişi ilə 2.0 şirkəti tərəfindən hazırlanıb.

 

Tətbiq Android telefonlarında artıq 100 dəfə yüklənib.

Baku City Circuit-in rəsmi YouTube səhifəsi də oyunlar barədə videolar təqdim edir. 

Bundan əlavə, yarışlar ərəfəsində kiber hücumlarla bağlı əvvəlcədən tədbirlər görüldüyü də qeyd edilir.

Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) xakerlərin məqsədyönlü hücumlarının olacağını istisna etmir.

Buna görə də Mərkəz gücləndirilmiş iş rejiminə keçib.

Paytaxtın mərkəzi küçələrində təşkil olunacaq Qran Pridə avtomobillər Hökumət evinin qarşısından Qız Qalası, İçəri Şəhər və Azneft dairəsindən keçməklə saat əqrəbinin əksi istiqamətində 51 dövrə vuracaqlar.

Yürüşün keçiriləcəyi Bakı Şəhər Halqasının uzunluğu 6006 metrdir. Yarışa 11 komandadan 22 sürücü qatılacaq. Onların arasında 5 dünya çempionu - Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton da var. Alonso həm də Avropa Qran Prisinin səfiridir.

Proqrama əsasən, sabah pilotlar yarış məkanını praktiki sınaqdan çıxaracaqlar. İyunun 18-də saat 17:00-da təsnifat yarışı olacaq. İyunun 19-da eyni saatda isə Avropa Qran Prisinin əsas yarışı baş tutacaq.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Formula 1-də istifadə edilən texnologiyalar

24-04-2018

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

12-09-2024

Ölkədə informasiya sistemlərinin təhlükəsizliyi gücləndirilib

16-06-2016

Nazirliklərin aylarla yenilənməyən səhifələri-Araşdırma

19-09-2017

Bakcell Formula 1-in ilk rəsmi dəstəkçisi oldu

18-04-2019

“Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

25-04-2023

Bakcell "Formula 1"in sürət liderlərini təqdim edir!

30-04-2023

Bakcell stendinə azarkeş axını-Video

28-04-2023

Bakcell Formula 1 yarışına hazırdır

26-04-2019

Formula 1 yarışları üçün yaradılan İT mühit-Fotolar

20-06-2017

“Instagram”da 30-dan çox şəxsə “Formula-1"ə saxta bilet satan şəxs saxlanılıb

12-09-2024

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

12-09-2024

Formula 1 yarışlarının texnoloji infrastrukturu necə təşkil edilib?

13-06-2016

İnstagram Azercell-in səhifəsini rəsmi olaraq təsdiq etdi

05-01-2019

Ötən gün BAKU2015 həştəqi dünya trendləri arasında olub

13-06-2015

İKT Qadınlar klubu ucqar kəndlərə gedəcək

15-02-2016

Bakcell daha bir iri karyera sərgisində iş müsahibələri keçirib

08-10-2018

BŞH könüllüləri Formula 1 Fransa Qran Prisini canlı izləyib

01-08-2022

AMEA institutlarından hansının saytı daha aktivdir?

13-03-2017

Formula 1 yarışlarında hansı texnologiyalardan istifadə edilib?

06-07-2016

MilliNet-də Nominant olan sosial media resursları

12-12-2017

"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq

11-09-2025

Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu təyin edilib

29-01-2024

Bakıda 6 məktəb onlayn tədrisə keçir

19-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə