Previous Next
Bağla

AMEA-nın saytları necə işləyir?

14-03-2017 11:45
AMEA-nın saytları necə işləyir?

Milli Elmlər Akadmiyasının (AMEA) 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursu fəaliyyət göstərir.

Məlumat verdiyimiz kimi, bu yaxınlarda qeyd edilən resurslar üzrə aparılan monitorinqin nəticələri açıqlandı.

Belə ki, AMEA Rəyasət Heyəti ötən il martın 14-də AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” sərəncama əsasən saytları monitorinq edib.

Qeyd edilən monitorinq həmin sərəncama uyğun aparılıb.

Beləliklə, 2 meyar üzrə -müraciətlərin və xəbərlərin sayına görə aparılan monitorinqin nəticələrinə görə, ilk üç yerdə Milli  Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi qərarlaşıb.

Xeberler.az olaraq AMEA-nın institut və təşkilatlarının rəsmi informasiya resurslarının fəaliyyəti ilə yaxından tanış olub, oxuculara bu barədə məlumat təqdim edirik.

Görəsən, 6 bölmə üzrə institutların saytı necə işləyir?. Qeyd edilən resurslardan hansılar yenilənir?.  Ümumiyyətlə, bu elmi saytlarda müəssisələrin fəaliyyəti ilə bağlı paylaşılan məlumatlar vətəndaşlara kömək edə bilərmi?

Ötən dəfə AMEA-nın 3 bölməsi üzrə saytlar barədə ətraflı məlumat təqdim etdik.

Bu dəfə isə digər 3 bölməyə daxil olan institutların rəsmi saytlarına nəzər saldıq.

Biologiya və Tibb Elmləri Bölməsi

Bölmə daxilində fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun veb-saytı mövcud deyil.

Botanika İnstitutunun botany.az saytı 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir. Burada  müəssisənin strukturu ilə yanaşı, həyata keçirilən tədbirlər işıqlandırılır.

Zoologiya İnstitutunun zoologiya.az  adlı saytı fəaliyyət göstərir. Sayt 3 dildə təqdim edilir.

Resurs yenilənir. Belə ki, saytda  institutunun fəaliyyəti barəə məlumatar yer alıb.

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun da rəsmi saytı fəaliyyt göstərir. 3 dildə fəaliyyət göstərən pysiology.az saytında müəssisənin strukturu barədə məlumat var. Amma buna baxmayaraq sayt mütəmadi yenilənmir.

Mikrobiologiya İnstitutun azmbi.az saytı xidmət göstərir. 3 dildə fəaliyyət göstərən saytda institute və keçirilən tədbirlər barədə məlumatlar yer alıb.

Mərkəzi Nəbatat Bağının cbg.org.az  saytı rəngli və funksional olmağı ilə seçilir.

3 dildə xidmət göstərən saytda Nəbatat Bağı, gəzintilər və qayadalar  barədə ətraflı məlumat alıb. Saytda məkanın yerləşdiyi ərazini göstərən xüsusi xəritə də yerləşdirilib. Resursdakı “Galareya”” bölməsi də diqqət çəkir.  “Xəbərlər” bölməsində isə keçirilən tədbirlər yayımlanır.

Dendrologiya İnstitutunun da dendrologiya.az rəsmi saytı fəaliyyət göstərir.

Sayt 2 dildə fəaliyyət göstərir. Burada institute barədə məlumat və keçirilən tədbirlər barədə məqalələr yer alıb.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun  issa.az adlı saytı  isə fəaliyyət göstərmir.

Genetik Ehtiyatlar İnstitutunun rəsmi saytı genres.az-dır. Sayt 3 dildə fəaliyyət göstərir. Resursa xəbərlər əlavə edilərək yenilənir.

Humanitar Elmlər Bölməsininheb.science.gov.az saytı  3 dildə fəaliyyət göstərir. Burada müəssəsinin strukturu ilə yanaşı, keçirilən tədbirlə barədə operativ məlumatlar yayımlanır.

Bu bölmə daxilində Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elyazmalarinstitutu.com saytı xidmət göstərir.

3 dildə fəaliyyət gösətərən sayt yenilənir, aktiv məlumatlar paylaşılır.

Memarlıq və İncəsənət İnstitutunun da rəsmi saytı fəaliyyət göstərir.

Belə ki,  3 dildə təqdim edilən mii.az saytında müəssisə barədə məlumatlar olsa da, sayt tez-tez yenilənmir. Belə ki, sayta sonuncu məlumat fevralın 27-də yerləşdirilib.

Folklor İnstitutun folklor.az saytı 2 dildə ( Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Resursda institutun strukturu ilə yanaşı, keçirilən tədbirlər barədə də  tədbirlər yayımlanır, sayt yenilənir.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin də nizamimuseum.az saytı 3 dildə təqdim edilir

Resursa daxil olan kimi, klassik musiqi ilə əsas fondakı şəkillər sıralanır. Saytda  müxtəlif elanlar, xəbərlər aktiv olaraq paylaşılır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun isə  literature.az saytı hələlik  işləmir. Belə ki, saytda “under construction” mesajı qeyd edilib. Görünür, resurs üzərində bəzi yeniliklər, işlər aparılır.

Nəsimi adına Dilçilik İnstitutun da dilcilik.org saytı 2 dildə ( Azərbycan, ingilis) təqdim edilir.

Saytda sktruktur ilə yanaşı, keçirilən tədbirlər barədə məlumatlar paylaşılır, sayt yenilənir.

Hüseyn Cavidin Ev Muzeyinin də rəsmi saytı fəaliyyət göstərir.

Belə ki, huseyncavid.az saytında fəaliyyət barədə məlumatlar qeyd edilsə də, “Xəbərlər” bölməsi o qədər də operativ yenilənmir.

Sayta sonuncu xəbər fevralın 28-də yerləşdirilib.

İctimai Elmlər Bölməsinin ieb.science.gov.az saytı fəaliyyət göstərir. 3 dildə xidmət göstərən saytda məlumatlar yenilənir.

Bu bölmə daxilində 9 institutu fəaliyyət göstərir.

Onlardan Arxeologiya və Etnoqrafiya İnstitutun  archaeology.org.az saytı 3 dildə təqdim edilir.

Sayt funksional olması və mütəmadi yenilənməsi ilə seçilir.

Fəlsəfə İnstitutunun isə phillaw-az.org saytı fəaliyyət göstərmir. Saytda istifadəçi mail ünvanına yönləndirilir.

İqtisadiyyat İnstitutunun economics.com.az saytı 3  dildə təqdim edilir. Sayt tez-tez yenilənir. Onu da qeyd edək ki, bu resurs  ilin ən yaxşı saytları arasındadır.

Hüquq və İnsan Haqları İnstitutunun rəsmi saytı ihr-az.org 3 dildə fəaliyyət göstərir. Burada müsəssisə barədə məlumatlarla yanaşı, müsahibələr və tədbirlər də yayımlanır. Amma sayt mütəmadi yenilənmir.

Elm Tarixi  və Qafqazşünaslıq İnstitutun  isə rəsmi saytı mövcud deyil.

Milli Azərbaycan Tarixi Muzeyinin azhistorymuseum.az saytı 2 dildə (Azərbaycan, ingilis) fəaliyyət göstərir. Sayt yenilənir.

Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutun da rəsmi saytı mövcuddur.

Belə ki, tarix.gov.az o qədər funksional olmasa da, struktur və keçirilən tədbirlər barədə məlumatlar yayımlanır.

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutun orientalstudies.az saytı da 3 dildə təqdim edilir. Sayt mütəmadi yelinlənir. 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA institutlarından hansının saytı daha aktivdir?

13-03-2017

Nazirliklərin aylarla yenilənməyən səhifələri-Araşdırma

19-09-2017

Müdafiə Nazirliyinin rəsmi saytı yeniləndi

21-01-2017

Bakı Su idmanı sarayının saytı istifadəyə verilib

14-09-2015

Londonda Azərbaycan Evi İnternet saytı fəaliyyətə başladı

26-01-2009

Qərb Universitetinin saytı yeniləndi

08-08-2015

İslamaz.com saytı yeni formatda istifadəyə verilib

24-03-2011

Rus və ingilis dilində Azərbaycanda fəaliyyət göstərən hotel saytları

10-12-2015

Elektron ensiklopediya işıq üzü gördü

02-12-2011

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

29-09-2016

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

AMEA texnoparkın rəsmi saytı istifadəyə verildi

18-11-2017

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017

Kommunizimlə bağlı bütün məlumatlar www.Kommunist.az - da

10-02-2009

AMEA Naxçıvan bölməsinin internet saytı hazırlanır

22-12-2008

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

Britaniyadakı azərbaycanlı gənclərin saytı

14-09-2009

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

Dövlət Təhlükəsizliyi Xidmətinin saytı istifadəyə verilib

08-04-2016

“Azdrama”nın yeni saytı fəaliyyətə başlayacaq

27-01-2011

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə