Xəbər verdiyimiz kimi, Milli İnternet Mükafatı - Milli Net 2015 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb.
Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 299 sayt arasından ən yaxşılar olan 97 sayt Nominant statusu alıb.
Xeberler.az olaraq hər bir nominasiya üzrə Nominant statusu qazanan saytlar haqqında oxuculara məlumat veririk.
Ötən yazımızda “Media və İnformasiya” nominasiyası üzrə Nominant statusu alan saytlar haqqında məlumat vermişdik.
Bu dəfə isə Milli Net-in “Ən yaxşı sosial şəbəkə səhifəsi” nominasiyası üzrə Nominant statusu alan saytların səhifələrinin adlarını təqdim edirik.
Bunlar “Ustam”, “Xocalı soyqırımı”, “Wentto Telecom”, “Windows Phone Azərbaycan”, “ETS TRAVEL”, “Azərbaycan Respublikası Vergilər Nazirliyi”, “Metanet Gasimzade Photography”, “Azərbaycan Tarixi”, “Fotobank-Tarixi fotolar”, “Kendden.com”saytlarının Facebook səhifələridir.
İndi isə bu səhifələr haqqında qısa məlumatı oxucuların nəzərinə çatdırırıq.
Kendden.com - Meyvə, tərəvəz və kənd məhsullarının onlayn satışı ilə məşğul olan kendden.com saytının rəsmi Facebook səhifəsidir. 4 mindən çox istifadəçinin izlədiyi səhifədə kənd məhsullarının şəkilləri, onların onlayn satışı, qiymətləri haqqında məlumatlar yerləşdirilib.
Xocalı soyqırımı – Xocalı Soyqırımının təbliğatı üçün yaradılmış bloqdur. Bloqun Facebook səhifəsində Xocalı faciəsini şəkillərdə əks etdirən məlumatlar yerləşdirilib, məqalələr verilib. 15 mindən çox izləyicisi olan səhifədə Xocalı həqiqətləri əks olunub.
Wentto Telecom - Wentto Telecom mağazalar şəbəkəsi Bakcell-in rəsmi dileri olaraq, 5 ildir ki fəaliyyət göstərir. Facebook səhifəsində 33 mindən çox izləyicisi olan saytın sosial şəbəkə üzərindən kampaniyaların tanıtımı, yeni texnologiyalar haqda məlumat, mağazalarda satışda mövcud olan modellər haqda məlumat, müştəri ilə ünsiyyət, sualların operativ cavablandırılması və s. həyata keçirilir.
Windows Phone Azərbaycan - Windows Phone Azərbaycan Facebook səhifəsi Windows sistemi haqqında ən son və dəqiq məlumatları istifadəçilərə çatdıran səhifədir. 4 mindən çox izləyicisi olan səhifədə texnoloji yeniliklər, onların qiymətləri, funksiyaları haqqında məlumatlar yerləşdirilib.
ETS TRAVEL - ETS Travel şirkətinin rəsmi səhifəsidir. 10 mindən çox izləyicisi olan səhifədə dünyanın hər yerində mehmanxanaların rezervasiyası,adi və lyuks maşınlarda transfer,hər dildə peşəkar bələdçilərlə səyahət,dünyanın hər bir nöqtəsində icarəyə maşınlar,qrup şəkildə səyahət turları, VİP paketlər, lyuks laynerlərdə kruizlərin bron edilməsi, şəxsi yaxtların və təyyarələr haqqında məlumat verilib.
Azərbaycan Respublikası Vergilər Nazirliyi – Nazirliyin saytının rəsmi Facebook səhifəsidir. Vergilərlə bağlı hər gün yenilənən proyektlər, müsabiqələr, video-çarxlar, testlər, suallara-cavablar, FACE-VİZİT, FACE-TEST, Ən çox verilən suallardan, ONLİNE-Müfəttiş və s. kimi məlumatlar gündəlik paylaşılır. 33 mindən çox izləyicisi olan səhifənin istifadəçiləri vergilər sahəsində baş verən yeniliklər, yeni qəbul edilmiş qaydalar haqqında saytda səhifədə ətraflı məlumat əldə edə bilərlər.
Metanet Gasimzade Photography - Fotoqrafiya səhifəsidir. Səhifədə toy, təbiət, şənlik və s. kimi maraqlı fotolar paylaşılır. Xına, nişan, ad günü, baby on board, ailə, uşaq, love story çəkilişləri zamanı əldə edilmiş maraqlı, əyləncəli fotoşəkilləri saytdan səhifədən izləyə bilərsiniz. Səhifənin 5 mindən çox izləyicisi var.
Azərbaycan Tarixi – Səhifənin məqsədi təkcə gənclərin deyil, ümumilikdə xalqın maariflənməsi istiqamətində tarixi məlumatları istifadəçilərin nəzərinə çatdırmaqdır. Bunun üçün tez-tez səhifədə tarixi şəxsiyyətlərin şəkilləri, önəmli tarixi hadisələr haqqında məlumatlar paylaşılır. Azərbaycan Tarixinin Facebook səhifəsi 45-ə yaxın ölkə tərəfindən izlənilir, 29 mindən çox insan tərəfindən bəyənilir və paylaşılan məlumatlar həftəlik orta məxrəclə 110000 nəfərə çatdırılır.
Fotobank-Tarixi fotolar -Səhifəni yaratmaqda məqsəd arxiv fotolardan ibarət sistemli bir bölmə yaratmaqdır. Burada 1850-ci ildən bu günə kimi çəkilən arxiv fotolar paylaşılır. Ölkəmizin bütün bölgələrində keçmiş illərdən başlayaraq indiyə kimi yaşanan hadisələr, qədimlik çəkilən arxiv fotolarda öz əksini tapıb. Səhifənin 28 mindən çox izləyicisi var.
Ustam - servis onlayn usta xidmətini təklif edir. Sistem yeni qurulub, tətbiqetmə, sayt və zəng mərkəzi ilə fəaliyyətdədir. Saytın 4 mindən çox izləyicisi olan Facebook səhifəsi də mövcuddur. Bu səhifədə Ustam-ın göstərdiyi xidmətlər barədə məlumatlar paylaşılır.
İstifadəçilər və maraqlananlar bu saytlar haqında fikir və rəylərini millinet.az saytında şərhlər bölməsində yaza bilərlər.
Digər nominasiyalarda olan Nominantlar haqqında növbəti yazılarımızda məlumat verəcəyik.
Qeyd edək ki, Milli Net 2015 müsabiqəsində səsvermənin 2-ci mərhələsi başa çatıb.
Ruhəngiz Muradova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri