Previous Next
Bağla

AMEA institutlarından hansının saytı daha aktivdir?

13-03-2017 11:44
AMEA institutlarından hansının saytı daha aktivdir?

Milli Elmlər Akadmiyasının (AMEA) 6 elmi bölməsi üzrə 40 institut və təşkilatın rəsmi informasiya resursu fəaliyyət göstərir.

Məlumat verdiyimiz kimi, bu yaxınlarda qeyd edilən resurslar üzrə aparılan monitorinqin nəticələri açıqlandı.

Belə ki, AMEA Rəyasət Heyəti ötən il martın 14-də AMEA-nın elmi müəssisə və təşkilatlarının veb-saytlarının monitorinqi və stimullaşdırılması haqqında” sərəncama əsasən saytları monitorinq edib.

Qeyd edilən monitorinq həmin sərəncama uyğun aparılıb.

Beləliklə, 2 meyar üzrə -müraciətlərin və xəbərlərin sayına görə aparılan monitorinqin nəticələrinə görə, ilk üç yerdə Milli  Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi qərarlaşıb.

Xeberler.az olaraq AMEA-nın institut və təşkilatlarının rəsmi informasiya resurslarının fəaliyyətinə yaxından nəzər saldıq.

Görəsən, 6 bölmə üzrə institutların saytı necə işləyir?. Qeyd edilən resurslardan hansılar yenilənir?.  Ümumiyyətlə, bu elmi saytlarda müəssisələrin fəaliyyəti ilə bağlı paylaşılan məlumatlar vətəndaşlara kömək edə bilərmi?

İlk olaraq  Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan institutların rəsmi saytları barədə məlumat təqdim edirik.

Bu bölmədə ilk olaraq  Fizika İnstitutu gəlir.  İnstitutun physics.gov.az saytı yanlız müəssisənin strukturu barədə məlumat verir. Yəni, sayt mütəmadi yenilənmir, burada institutun həyata keçirdiyi işlər barədə məlumatlar yayımlanır. Sayt 3 dildə (Azərbaycan, rus, ingilis) fəaliyyət göstərir.

Bölmə daxilindəki İdarəetmə Sistemləri İnstitutunun isi.az saytı da 3 dildə ( Azərbaycan, rus, ingilis) fəaliyyət göstərir.  Burada institutunun strukturu ilə yanaşı keçirlən tədbirlər barədə xəbərlər paylaşılır.

Sonuncu dəfə martın 3-də sayt yenilənərək, xəbər əlavə edilib.

Riyaziyyat və Mexanika İnstitutunun imm.az saytı da 3 dildə fəaliyyət göstərir.

Saytda martın 10-da  yerləşdirilən xəbər onu göstərir ki, resurs  yenilənir və aktiv olaraq məlumatları təqdim edir. Saytda həmçinin institut barədə ətraflı məlumatlar yer alıb.

Radiasiya Problemləri İnstitutun  irp.science.az saytı da yuxardakılar kimi 3 dildə fəaliyyət göstərir. Sayt o qədər də funksional olmasa da, keçirilən tədbirlər resursda yerləşdirilir. Sayt 3 dildə ( Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının shao.az saytı isə fəaliyyət göstəmir. Belə ki, sayta daxil olmaq mümkün deyil.

İnformasiya Texnologiyaları İnstitutunun ict.az  saytı ən aktiv olanlardandır. Saytda  institutunun həyata keçiridiyi fəaliyyətlər barədə mütəmadi və aktiv olaraq məlumat paylaşır. Bununla yanaşı, ict.az-da dünyada texnologiya sahəsində ən son və maraqlı  xəbərlər  təqdim edilir.

Sayt 2 dildə ( Azərbaycan, ingilis) fəaliyyət göstərir.

Biofizika İnstitutunun isə rəsmi saytı yaradılmayıb.

Kimya Elmləri Bölməsi

Bu bölmə daxilindəki Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun nkpi.az  adlı saytı  yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Sayta daxil olanda ilk diqqəti çəkən “Elanlar” bölməsidir. Burada il ərzində gözlənilən böyük tədbirlərlə bağlı anons verilir. Saytda keçirilən tədbirlərlə yanaşı, bu sahə ilə maraqlı məlumatlar da paylaşılır.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun da kqkiamea.az saytı 3 dildə ( Azərbaycan, ingilis, rus ) fəaliyyət göstərir. Saytda keçirilən tədbirlər operativ olaraq paylaşılır.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu ica.az da 3 dildə (Azərbaycan, ingilis, rus ) xidmət göstərir.

Saytda institutun strukturu barədə məlumatlar yerləşdirilsə də, “Xəbərlər” bölməsi yenilənmir. Belə ki, sonuncu xəbər 2013-cü ildə paylaşılıb.

Polimer Materialları İnstitutunun ipm.az saytı isə fəaliyyət göstərmir.

Yer Elmləri Bölməsi daxilində 4 institut fəaliyyət göstərir.

Onlardan  Neft və Qaz İnstitutunun rəsmi saytı mövcud deyil.

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun igaz.az  saytı fəaliyyət göstərir.  Sayt 3 dildədir (Azərbaycan, ingilis, rus ). Resursda həmçinin təqvim də yerləşdirilib. igaz.az –da institutun strukturu ilə yanaşı, keçirilən tədbirlər də paylaşılır.

Geologiya və Geofizika İnstitutunun gia.az saytı da 3 dildə ( Azərbaycan, ingilis, rus ) fəaliyyət göstərir. Belə ki, saytda həyata keçirilən işlər, tədbirlər barədə məlumatlar yerləşdirilir.

Respublika Seysmoloji Xidmət Mərkəzi də bu bölmə daxilində fəaliyyət göstərir.

Mərkəzin rəsmi saytı seismology.az  saytı 3 dildə ( Azərbaycan, rus ingilis)   təqdim edilir.

Saytda Mərkəz və həyata keçirdiyi  fəaliyyətlər işıqlandırılır.

Qeyd edək ki, ilkin  olaraq  AMEA-nın 3 bölməsi üzrə saytları  təqdim etdik.

Növbəti məqaləmizdə isə digər 3 bölməyə daxil olan institutların  rəsmi saytları barədə məlumat yayımlayacağıq.

 

Məltəm Talıbzadə 

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AMEA-nın saytları necə işləyir?

14-03-2017

İnformasiya Texnologiyaları İnstitutunun saytı yenilənib

20-04-2016

Müdafiə Nazirliyinin rəsmi saytı yeniləndi

21-01-2017

Nazirliklərin aylarla yenilənməyən səhifələri-Araşdırma

19-09-2017

Rus və ingilis dilində Azərbaycanda fəaliyyət göstərən hotel saytları

10-12-2015

Milli Elmlər Akademiyasının elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi

28-07-2022

AMEA-nın elmi bölmələrinin veb-saytları təqdim olunub

10-04-2016

“Ən son texnologiyalarla veb-saytlar hazırlanır”

07-10-2016

Kommunizimlə bağlı bütün məlumatlar www.Kommunist.az - da

10-02-2009

MilliNet 2017 Nominantları hansı saytlardır?

11-12-2017

MilliNet-də Nominant statusu alan növbəti saytlar

09-12-2017

MilliNet 2017 nominantı kimlərdir?-İcmal

08-12-2017

MilliNet 2016 Nominantları hansı saytlardır?

16-12-2016

Ədəbiyyat Muzeyinin veb-saytı yenilənib

29-09-2016

Qərb Universitetinin saytı yeniləndi

08-08-2015

Dövlət Dəniz Akademiyasının yeni veb-saytı təqdim olundu

10-05-2016

Milli Ensiklopediya ilə bağlı 2 yeni sayt təqdim edildi

30-05-2017

AMEA Naxçıvan bölməsinin internet saytı hazırlanır

22-12-2008

Bakı Su idmanı sarayının saytı istifadəyə verilib

14-09-2015

Londonda Azərbaycan Evi İnternet saytı fəaliyyətə başladı

26-01-2009

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) internet saytı fəaliyyətə başladı

29-10-2010

AMEA texnoparkın rəsmi saytı istifadəyə verildi

18-11-2017

Dəniz Akademiyasının veb-saytı yeniləndi

02-04-2018

Nazirliyin saytı Google-un xəbər servisinə qoşulub

16-09-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə