Previous Next
Bağla

Nazirliyin Çağrı mərkəzləri 21 mindən çox müraciətə cavab verib

05-12-2016 15:13
Nazirliyin Çağrı mərkəzləri  21 mindən çox müraciətə cavab verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Çağrı mərkəzləri tərəfindən ötən ay 21,5 mindən çox müraciət cavablandırılıb.

Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, 142 və 190- Çağrı mərkəzləri  tərəfindən vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar 21 543 müraciətinin operativ şəkildə cavablandırılması təmin edilib.

Vətəndaşlar əsasən sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta,  məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. ilə bağlı sorğularını ifadə ediblər.

Ümumi müraciətlərin 96,8 faizi və ya 20 861-i belə sorğu xarakterli müraciətlərdən ibarət olub. Qeyd olunan məsələlərə dair vətəndaşlara qanunvericiliyin müvafiq müddəaları əsasında hüquqi izahatlar verilib. Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.   

Noyabr ayında 142 və 190-Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin 31,9 faizi sosial təminat məsələlərini əhatə edib. Eləcə də  müraciətlərin 10,6 faizi əmək qanunvericiliyi, 5,7 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 6,4 faizi məşğulluğun təminatı, 2,2 faizi fərdi uçotun təşkili, 9,7 faizi pensiya və müavinətlər, 8,2 faizi məcburi dövlət sosial sığortası məsələlərini əhatə edib.

Nazirliyin əhaliyə xidmət sahələrində elektron texnologiyaların tətbiqinin genişlənməsi cəmiyyətdə bu xidmətlərdən elektron müstəvidə istifadəyə marağın da getdikcə artması ilə müşahidə edilir. Belə ki, ötən ay ərzində müraciətlərin 19,5 faizi məhz nazirliyin elektron xidmətlərindən istifadə ilə bağlı olub.

Noyabr ayında müraciətlərin 5,8 faizində  avtomatlaşdırılmış pensiya təyinatı məsələləri əksini tapıb. Ötən ay bu sahə ilə bağlı  əvvəlki oktyabr ayı ilə müqayisədə 13,2 faiz, sentyabr ayı ilə müqayisədə isə 70 faiz çox müraciət edilib.

190-Çağrı mərkəzi  vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatının həyata keçirilməsi, yəni hər hansı sənəd toplamadan və təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə telefonla məlumat verilməklə real vaxt rejimində pensiya təyinatı hüququnun reallaşdırılması hazırda dünyanın qabaqcıl təcrübələrindən biridir.

2016-cı ilin aprel ayında İsveçdə keçirilmiş Avropa Regional Sosial Təminat Forumunda da ölkəmizin bu təcrübəsi Beynəlxalq Sosial Təminat Assosiasiyasının Müsbət Təcrübə üzrə Fəxri Diplomuna layiq görülüb və müsbət təcrübələr üzrə məlumat bazasına daxil edilib.

Məltəm Talıbzadə

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Nazirliyin Çağrı mərkəzləri-nə müraciətlərin sayı azalıb

02-02-2017

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

04-10-2016

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017

Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-05-2016

Nazirliyin Çağrı mərkəzi 9 min müraciəti cavablandırıb

02-09-2015

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı hesablanıb

06-10-2015

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

01-06-2017

Nazirliyin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı azalıb

04-06-2015

142 - Çağrı mərkəzi 11 minə yaxın müraciəti cavablandırıb

03-11-2015

Nazirliyə e-xidmətlərlə bağlı mindən çox müraciət daxil olub

04-12-2015

“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakteri daşıyıb

05-05-2015

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlanıb

03-08-2015

“Çağrı mərkəzi”nə 24 min müraciət daxil olub

03-04-2015

Nazirliyin Çağrı mərkəzi 50 mindən artıq müraciəti cavablandırıb

02-07-2015

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018

Əlilliyə görə pensiyaların elektron qaydada təyinatına başlanacaq

06-03-2019

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

04-10-2016

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020

Nazirliyin e-xidmətlərindən istifadə sayı açıqlanıb

05-12-2016

Nazirliyin e-xidmətlərinə 6 milyona yaxın müraciət olub

07-08-2017

Nazirlik üzrə xidmətlərin elektronlaşma səviyyəsi 90 faizi ötüb

01-02-2023

Pensiya təyinatlarının 82 faizi e-qaydada həyata keçirilib

18-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə