Previous Next
Bağla

Nazirliyin Çağrı mərkəzi 50 mindən artıq müraciəti cavablandırıb

02-07-2015 12:38
Nazirliyin Çağrı mərkəzi 50 mindən artıq müraciəti cavablandırıb

Yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142-Çağrı mərkəzi tərəfindən 50 min 760 müraciət cavablandırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Xəbərlər-ə verilən məlumata görə, bu müddət ərzində ƏƏSMN-nin 142-Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 50760 müraciət daxil olub.

Onlardan 21012-i (41,4 faiz) sosial təminat, 12697-i (25,1 faiz) əmək qanunvericiliyi, 7353-ü (14,5 faiz) nazirliyin elektron xidmətlərindən istifadə, 5469-u (10,7 faiz) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 4229-u (8,3 faiz) isə məşğulluğun təminatı məsələləri ilə əlaqədar olub.

Daxil olan müraciətlərin 47171-də (92,9 faiz) qeyd olunan sahələrlə bağlı vətəndaşların sorğuları ifadə olunub. Həmin müraciətlərin hər biri ilə əlaqədar vətəndaşlara ƏƏSMN-nin mütəxəssisləri tərəfindən aydın şəkildə hüquqi izahatlar verilib.

Qalan 3589-da (7,7 faiz) əmək və sosial təminat hüquqlarının araşdırılaraq müəyyən edilməsi məsələləri, müvafiq fəaliyyət sahələrinə dair təklif və şikayətlər əksini tapıb və onlar araşdırılaraq tədbir görülməsi üçün müraciət vərəqəsi tərtib olunmaqla aidiyyəti struktur bölmələrinə göndərilib.

142-Çağrı mərkəzi tərəfindən həftənin bütün iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların müraciətləri cavablandırılır.

Vətəndaşlar 142 nömrəsinə zəng etdikdə sosial təminat məsələləri üzrə -1, əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələləri üzrə-2, məşğulluq məsələləri üzrə -3, əmək qanunvericiliyinə dair məsələlər üzrə -4, ƏƏSMN-nin elektron xidmətlərindən istifadə ilə bağlı izahat almaq üçün- 5 düyməsini basmalı olduğu avtomatik şəkildə onların diqqətinə çatdırılır.

Xeberler.az

 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakteri daşıyıb

05-05-2015

Nazirliyin Çağrı mərkəzi 9 min müraciəti cavablandırıb

02-09-2015

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlanıb

03-08-2015

Nazirliyin “142-Çağrı mərkəzi”nə daxil olan müraciətlərin sayı azalıb

04-06-2015

Nazirliyə e-xidmətlərlə bağlı mindən çox müraciət daxil olub

04-12-2015

142 - Çağrı mərkəzi 11 minə yaxın müraciəti cavablandırıb

03-11-2015

“Çağrı mərkəzi”nə 24 min müraciət daxil olub

03-04-2015

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı hesablanıb

06-10-2015

Nazirliyin Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı açıqlanıb

02-05-2016

Nazirliyin Çağrı mərkəzləri-nə müraciətlərin sayı azalıb

02-02-2017

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Nazirliyin Çağrı mərkəzləri 21 mindən çox müraciətə cavab verib

05-12-2016

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

04-10-2016

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciət sayı açıqlanıb

01-06-2017

Anar Əliyev Xankəndidə vətəndaşları qəbul edəcək

12-05-2026

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020

Nazirliyin elektron xidmətindən istifadə edənlər artıb

01-09-2015

Nazirliyin e-xidmətlərindən 3,6 milyon istifadə qeydə alınıb

05-08-2016

Nazirliyin rəsmi internet səhifəsində onlayn əlaqə xidməti istifadəyə verildi

11-02-2020

“142” Çağrı mərkəzində bir sıra elektron məlumatlandırma xidmətləri yaradılıb

23-11-2024

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə