Previous Next
Bağla

Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023 16:12
 Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

“İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində keçirilən müsabiqənin (Cenevrə) “Çempion layihə”ləri seçilən İKT layihələri üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki innovativ sosial layihəsi – e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) də uğur qazanaraq “Çempion layihə”lər elan olunub. 

Mərasimdə hər iki mükafat Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova təqdim edilib.

Xatırladaq ki, BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihə iştirak edib.

E-sosial.az internet portalı 2019-cu ildə istifadəyə verilib və ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir. 

2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS isə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, əmək və məşğulluq sahəsində xidmətlərin çevikliyini, şəffaflığını və səmərəliliyini  təmin edən vahid əmək münasibətləri platformasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-sosial” portalının 1 476 800-dən çox aktiv istifadəçisi var

08-02-2024

On ayda “e-sosial”dan 13,8 milyon dəfə istifadə olunub

26-11-2025

Səkkiz ayda “e-sosial”dan 10,5 milyon dəfə istifadə olunub

18-09-2025

Son dörd ayda “e-sosial” portalından 5,1 milyon dəfə istifadə olunub

27-05-2025

Son bir ildə “e-sosial”dan 17 milyon dəfə istifadə olunub

29-01-2026

On bir ayda “e-sosial”dan 15 milyon 400 min dəfə istifadə olunub

24-12-2025

Son 5 ayda “e-sosial” portalından 6 milyon 700 min dəfə istifadə olunub

24-06-2025

Birinci rübdə “e-sosial” portalından 3,3 milyon dəfə istifadə olunub

25-04-2025

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin yaradılmasından 1 il ötür

17-12-2022

Yanvar-iyul aylarında “e-sosial”dan 9,3 milyon dəfə istifadə olunub

27-08-2025

Bu il e-sosial.az portalından 5,4 milyon dəfə istifadə olunub

30-11-2024

“E-sosial” internet portalı mükafata layiq görülüb

23-12-2024

Nazirliyin sistemi “İlin Rəqəmsal Layihəsi” seçildi

15-12-2022

Azərbaycanda əmək münasibətləri sistemində yenilik

05-05-2022

“Əmək və Məşğulluq” elektron sistemində funksionallıqlar artırılacaq  

15-07-2022

E-sosial.az portalına 60 milyon müraciət qeydə alınıb

04-06-2022

E-texnologiyaların tətbiqi daha da genişləndirilir

10-02-2024

Nazirliyin e-xidməti beynəlxalq müsabiqədə uğur qazanıb

17-05-2017

“Əmək və Məşğulluq” altsistemi mükafata layiq görülüb

22-04-2026

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020

Elektron əmək birjası platforması nə vaxt hazır olacaq?-Rəsmi

21-12-2022

e-sosial.az portalında aktiv istifadəçilərin sayı artmaqda davam edir

14-04-2022

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq müzakirə olunub

04-12-2025

Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri təqdim edildi

30-04-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə