Nazirliyin iki innovativ layihəsi “çempion” oldu

17-03-2023 / 16:12

“İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023”  çərçivəsində keçirilən müsabiqənin (Cenevrə) “Çempion layihə”ləri seçilən İKT layihələri üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki innovativ sosial layihəsi – e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) də uğur qazanaraq “Çempion layihə”lər elan olunub. 

Mərasimdə hər iki mükafat Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova təqdim edilib.

Xatırladaq ki, BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihə iştirak edib.

E-sosial.az internet portalı 2019-cu ildə istifadəyə verilib və ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir. 

2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS isə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, əmək və məşğulluq sahəsində xidmətlərin çevikliyini, şəffaflığını və səmərəliliyini  təmin edən vahid əmək münasibətləri platformasıdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə