Previous Next
Bağla

Nazirliyin Mərkəzi Ekspert Komissiyası yaradıldı

26-08-2015 12:55
Nazirliyin Mərkəzi Ekspert Komissiyası yaradıldı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Mərkəzi Ekspert Komissiyası yaradılıb.

Xeberler.az-ın məlumatına görə, komissiyanın yaradılması haqqında əsasnamədə, RYTN-nin (bundan sonra - Nazirlik) Mərkəzi Ekspert Komissiyası (bundan sonra - Mərkəzi Ekspert Komissiyası) sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizası, onların dövlət arxivinə təhvil verilməsi üçün seçilməsi, hazırlanması və bu sahədə metodiki və əməli işlərin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradıldığı bildirilir.

Əsasnamədə qeyd edilir ki, Mərkəzi Ekspert Komissiyası daimi fəaliyyət göstərən məşvərətçi orqandır.

Komissiya iclaslar keçirərək kargüzarlıq və arxiv işinin təşkili ilə bağlı məsələləri müzakirə edir və onlara dair müvafiq qərarlar qəbul edir.

Onun qərarları Nazirliyin rəhbərliyi, lazım gəldikdə isə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Mərkəzi Ekspert Komissiyasının vəzifələri RYTN-in Mərkəzi arxivində (bundan sonra - Mərkəzi arxiv) olan sənədlərin (elektron sənədlərin) dövlət arxivinə təhvil verilmək üçün seçilməsi və hazırlanması məqsədi ilə bu sənədlərin (elektron sənədlərin) dövlət, hüquqi, elmi və tarixi cəhətdən dəyərliliyinin ekspertizasını dövlət arxivinin Ekspert-Yoxlama Komissiyasının tövsiyə və təlimatları əsasında təşkil etmək, dövlət arxivinə təhvil verilən sənədlərin (elektron sənədlərin) vəziyyətinin yoxlanılması, sənədlər (elektron sənədlər) və onlara əlavə olunan materiallar (aktlar, ümumi siyahılar, təsvirlər və s.) barəsində müvafiq tövsiyələr vermək, Mərkəzi arxivdə saxlanılan və saxlanma müddəti qurtardığına görə məhv edilməli olan sənədlər (elektron sənədlər) haqqında məsələyə baxmaq və qərarlar qəbul etməkdir.

Mərkəzi Ekspert Komissiyasının tərkibi rabitə və yüksək texnologiyalar naziri tərəfindən təsdiq edilir. 
 
Mərkəzi Ekspert Komissiyasına nazir tərəfindən təyin edilən sədr başçılıq edir.

Daha ətraflı məlumatla bağlı Nazirliyin saytında tanış ola bilərsiniz.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN-in Mərkəzi Arxivi yaradılıb

26-08-2015

Milli arxivin elektron sənədlərinin mühafizəsi ilə bağlı qaydalar təsdiqlənib

13-02-2024

Əlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi proseduru elektronlaşır

27-01-2024

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Dövlət İmtahan Mərkəzinin görəcəyi işlər müəyyənləşdirildi

12-04-2016

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025

Mərkəzi Elmi Kitabxana Vahid Qeydiyyat Sisteminin yenilikləri ilə bağlı təlim keçirib

22-11-2018

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

Azərbaycan Regional Rabitə Birliyinin iclasında təmsil olunacaq

25-10-2015

Elektron sənədlərlə bağlı kargüzarlıq yeni mühit yaradacaq

22-07-2015

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

YT Parkın Müşahidə Şurasının əsasnaməsi təsdiq edildi

10-07-2015

Azərbaycanda daha 23 sənəd rəqəmsal formata keçirilib

28-01-2025

AzDoc A-dan Z-yə elektron kargüzarlıq xidmətini təqdim edir

05-12-2019

Radiotezliklər üzrə Dövlət Komissiyası yaradılıb

05-05-2021

1084 itirilmiş sənəd tapılıb

06-11-2018

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə