Previous Next
Bağla

Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

09-06-2015 21:00
Əlilliyi müəyyən edən sənədləri elektron qaydada qəbul edəcək yeni dövlət orqanı müəyyənləşib

Əmək və Əhalinin Sosila Müdafiəsi Nazirliyinin Kollegiyası “Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişiklik edib.

Xeberler.az-ın məlumatına görə, dəyişiklik Azərbaycan prezidenti İlham Əliyevin 16 mart 2015-ci tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin yaradılması ilə əlaqədardır.

Bu qurum yaradılana qədər əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət gösətərən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub, elektron xidmətin göstərilməsinə nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin məsul şəxsi məsuliyyət daşıyıb. Kollegiyanın reqlamentdə etdiyi dəyişikliyə əsasən bundan sonra əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu üzrə elektron xidmət göstərən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti olacaq, elektron xidmətin göstərilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin məsul şəxsi məsuliyyət daşıyacaq.

Qeyd edək ki, Azərbaycan prezidentinin 16 mart 2015-ci il tarixli fərmanı ilə yaradılmış Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin vəzifəsi tibbi-sosial ekspert komissiyalarının tibbi etika prinsipinə əsaslanan müayinələri aparmasını təmin etmək, müxtəlif maneələrlə qarşılıqlı təsir zamanı şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli, və ya hissiyyat pozuntularının olmasını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək və tibbi-sosial ekspert komissiyaları tərəfindən əlilliyi müəyyən olunan şəxsin fərdi reabilitasiya proqramının tərtib olunmasına və icrasına nəzarət etməkdir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Əlillik verilməsi üzrə sənəd qəbulu elektron formada olacaq

02-05-2012

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

25-04-2022

“Reabilitasiya” elektron sistemi yaxın vaxtlarda itifadəyə veriləcək

30-05-2020

Əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib

08-04-2022

Əlilliyi olan şəxslər üçün elektron sistem yaradılır

09-08-2019

Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi beynəlxalq müsabiqənin qalibi olub

24-12-2024

Çağrı mərkəzləri-nə ən çox nə ilə bağlı müraciət edilir?

06-09-2017

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sistemi təkmilləşdirilir

14-09-2015

Nazirliyin Çağrı mərkəzləri 16 mindən çox müraciəti cavablandırıb

06-03-2018

Tibbi-sosial ekspertiza sistemi tam elektronlaşdırılır

31-08-2015

Əlillik dərəcəsi elektron qaydada necə qiymətləndirilir?

02-08-2017

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi mükafata layiq görülüb

03-03-2025

Nazirliyin innovativ yenilikləri Vyanada təqdim edilib

28-09-2016

Yeni elektron xidmət istifadəyə verilib

10-12-2015

e-sosial.az portalına 17,5 milyon, baxış olub

11-04-2020

Əlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi proseduru elektronlaşır

27-01-2024

Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub

17-04-2025

Nazirliyin Çağrı mərkəzləri-nə daxil olan müraciətlərin sayı azalıb

02-09-2016

Nazirliyin Çağrı mərkəzi 14 mindən çox müraciət cavablandırıb

07-05-2018

Nazirliyin e-xidmətlərinə 6 milyondan çox müraciət olub

20-09-2017

Əlillik müayinəsinin nəticəsini telefonla öyrənəcəksiniz

01-02-2016

Nazirlikdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

04-12-2025

Sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi elektron formada aparılacaq

15-09-2015

“Tibbi şəhadətləndirmə” altsistemi və proaktiv təyinat mexanizmi müsabiqədə uğur qazanıb

16-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə