Previous Next
Bağla

Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

04-04-2025 10:21
Radiotezliklər üzrə Dövlət Komissiyasının iclası keçirilib

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib. İclasda gündəlikdə olan məsələlərə baxılıb.

Xeberler.az məlumat verir ki, Dövlət Komissiyasına daxil olmuş 25 müraciətə baxılaraq müvafiq qərarlar qəbul edilib. Bunlardan 3-ü radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü birgə istifadə, 5-i gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi, 1-i trank radiorabitə şəbəkəsinin təşkili üçün, 3-ü rəsmiləşdirmə, 1-i simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (2.4 QHs)), 1-i mobil rabitə üçün, 2-si radiolokasiya üçün (radiozond) radiotezliklərin ayrılması ilə bağlı olub. Dövlət Komissiyasının iclasında radiotezliklərin ayrılması ilə bağlı 25 müraciətin hamısı müsbət cavablandırılıb və müvafiq icazələr verilib.

Bundan başqa, Dövlət Komissiyasının müvafiq qərarları ilə əvvəlki iclaslarda tezliklərin ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq könüllü olaraq radiotezlik istifadəsindən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə uyğun olaraq imtina edən 8, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.2-ci maddəsinə uyğun olaraq, radiotezliklərin ayrılması haqqında qərar alındıqdan sonra 1 ay müddətində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə bağlamayan 10, habelə “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-1.3-cü maddəsinə uyğun olaraq, radiotezliklərdən istifadəyə dair bağlanılmış müqavilədə olan öhdəlikləri yerinə yetirilməyən, o cümlədən tezlik nominalları üçün mövcud tariflərə uyğun 2 il müddətində ödənişləri tam aparmayan və ayrılmış radiotezlikləri 3 ay müddətində istifadə etməyən 2 tezlik istifadəçisi üçün Dövlət Komissiyasının tezlik ayrılması barədə qərarları ləğv edilib. Ümumilikdə 20 ədəd tezlik resursu (radiotezlik nominalı) dövlət resursu kimi geri alınıb. Dövlət Komissiyasının iclasında, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən yayımlanan ən son Radiorabitə Reqlamentinə uyğun olaraq yenilənmiş “Azərbaycan Respublikasının tezlik zolaqlarının ayrılması Cədvəli” təsdiq edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları”na əsasən, respublika ərazisində istehsal edilən, modernizə və ya idxal olunan, həmçinin istismarı nəzərdə tutulan radioelektron vasitələr üçün radiotezlik zolaqlarının ayrılması məqsədilə hüquqi və fiziki şəxslər yazılı formada Komissiyaya müraciət etməlidirlər.

Əsasnaməsinə uyğun olaraq Dövlət Komissiyası nəzdində yaradılan və daimi fəaliyyət göstərən Katibliyin funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bilavasitə və tabeli qurumları vasitəsilə həyata keçirir. Katiblik Dövlət Komissiyası iclaslarının keçirilməsi ilə bağlı təşkilati məsələlərin həlli, mülki məqsədlər üçün radiotezliklərin ayrılmasına dair müraciətlər üzrə araşdırma aparılması, müzakirəyə çıxarılacaq məsələlərə aid sənədlərin hazırlanması, iclasların təşkili, nəticələrinin protokollaşdırılması və kargüzarlıq işlərini icra edir.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, eyni zamanda Dövlət Komissiyasının Katibliyinə də rəhbərlik edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Radiotezliklər üzrə Dövlət Komissiyası müraciətləri müsbət cavablandırıb

05-09-2025

Radiotezliklər üzrə Dövlət Komissiyası 33 müraciətə müsbət cavab verib

13-03-2026

Son 4 ayda Radiotezliklər üzrə Dövlət Komissiyası 17 müraciəti müsbət cavablandırıb

08-10-2024

Bu il Radiotezliklər üzrə Dövlət Komissiyası 19 müraciəti müsbət cavablandırıb

11-06-2024

Radiotezliklərdən istifadə hansı halda məhdudlaşdırılacaq?

10-11-2022

Radioelektron vasitələrin quraşdırılması və istismarı qaydası dəyişib

31-07-2023

Azərbaycanda radiotezliklərin ayrılması haqqında qərarın ləğv ediləcəyi yeni hallar müəyyənləşib

04-02-2023

Radiotezliklər üzrə Dövlət Komissiyasının ilk iclası keçirilib

18-01-2022

Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiya veriləcək

28-12-2023

Telefonların IMEI nömrəsinin dəyişdirilməsi ilə bağlı qadağalar təsdiqləndi

27-12-2022

Əldə daşınan radiostansiyalar üçün tezliklərin ayrılması proseduru sadələşdirildi

13-07-2022

Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclası keçirilib

06-11-2009

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

29-03-2024

Ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq

10-02-2023

Radiotezliklər üzrə Dövlət Komissiyası 12 müəssisə və təşkilata yeni tezliklər ayırıb

31-08-2009

Radiotezliklər üzrə Dövlət Komissiyasının vəzifə və hüquqları məlum olub

18-12-2021

“Radiotezliklər üzrə Dövlət Komissiyası haqqında Əsasnamə” təsdiqlənib

18-12-2021

Radiotezlik resurslarından istifadə edilməsi mövcud qanunvericilik çərçivəsində tənzimlənir

05-06-2024

Bəzi radiotezliklər mobil rabitənin istifadəsinə verildi

24-11-2023

Radiotezliklərdən istifadə məsələləri ilə bağlı dəyirmi masa keçirildi

07-10-2022

Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir

21-11-2019

İKTA radioelektron vasitələrə icazələrin verilməsini asanlaşdırır

13-03-2024

Radiotezliklərin məhdudlaşdırılmasına görə kompensasiyanın ödənilməsi qaydası müəyyənləşib

29-02-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə