Previous Next
Bağla

Nazirliyin yeni portalı istifadəyə verildi

17-12-2014 12:00
Nazirliyin yeni portalı istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin rəsmi internet informasiya ehtiyatında "Elektron xidmətlər portalı" (www.e-mlspp.gov.az) hazırlanaraq istifadəyə verilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Xeberler.az-a verilən məlumata görə, portalda qurumun “Elektron hökumət” portalı üzərindən göstərilən bütün e-xidmətləri ümumiləşdirilərək “Vətəndaşlar üçün xidmətlər”, “İşəgötürənlər üçün xidmətlər” və “Qeydiyyatsız xidmətlər” bölmələri üzrə əhatə olunub ki, bu da istifadəçilərin öz kateqoriyalarına və müraciətlərinin məzmununa, eləcə də autentifikasiya vasitəsinə malik olub-olmamalarına  uyğun olaraq birbaşa hansı bölməyə müraciət etmələri üçün qısa vaxtda seçim etməyə imkan verir.

Bölmələrdəki e-xidmətlərə daxil olduqda “Elektron hökumət” portalına avtomatik keçid təmin olunur. “Vətəndaşlar üçün xidmətlər” və “İşəgötürənlər üçün xidmətlər” bölmələrində əksini tapan e-xidmətlərdən istifadə üçün müvafiq autentifikasiya vasitələri (elektron imza, asan imza və s.) tələb olunduğu halda, vətəndaşlara “Qeydiyyatsız xidmətlər” bölməsindəki e-xidmətlərdən (“İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” və “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”) hər hansı autentifikasiya vasitəsi olmadan birbaşa istifadə etmək imkanları yaradılıb. 

Portaldakı “Məktub” bölməsi isə vətəndaşlara heç bir autentifikasiya vasitəsi olmadan birbaşa nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə əlaqədar nazirliyə onlayn müraciət imkanı verir. Bu bölməyə daxil olan hər bir müraciət mövzusuna uyğun olaraq dərhal aidiyyəti üzrə qurumun aparatının şöbələrinə, nazirlik yanında xidmətlərə yönəldilir.

Bununla yanaşı, portalda rəy və təkliflər üçün “Fikrinizi bildirin”, nazirliyin e-xidmətlərlə bağlı məlumatları ilə tanış olmaq üçün “xəbərlər”, habelə nazirliyin rəsmi internet saytına və “Elektron Hökumət” portalına keçid etmək üçün müvafiq bölmələr fəaliyyət göstərir. 

Mirvari Nəcəf

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nikah qeydiyyatı elektronlaşdırıldı

29-07-2013

Osman Gündüz: “Elektron hökumət” portalı yenidən qurulmalıdır”

19-03-2013

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron xidmətin 11 növünü təqdim edəcək

21-04-2012

Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

27-03-2013

“Elektron hökumət”dən daha bir yenilik: portala daxilolma vasitələrinin sayı artırılıb

15-11-2013

“Elektron hökumət” portalı üzərindən tibb sahəsinə dair iki yeni elektron xidmət təqdim edilib

13-12-2013

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

E-xidmətlərin siyahısına bu dəfə ümumilikdə 7 təchizatçı tərəfindən təqdim olunan 20 xidmət daxil edilib

19-05-2014

Artıq vətəndaşlar işsizlik müavinətinin məbləğini “Elektron hökumət” portalı vasitəsilə hesablaya bilərlər

11-09-2013

Nazirlik: On bir ayda elektron xidmət üzrə 25 milyon müraciət daxil olub

22-12-2025

"Elektron Səhiyyə" internet portalı yenilənib

28-02-2011

Ötən il sosial sahə üzrə elektron xidmətlərə 27 milyon müraciət edilib

23-01-2026

Vahid Elektron Xidmətlər Portalına daha iki xidmət inteqrasiya edilib

20-06-2022

Daha bir bank elektron arayış verə biləcək

03-12-2014

Əhalinin daha çox tələbat duyduğu elektron xidmətlərin siyahısı müəyyənləşib

15-01-2014

Uşaqların adı internet vasitəsilə seçiləcək

24-10-2011

Azərbaycanda on-line evlilik reallaşdı

06-03-2012

“Elektron hökumət” portalından daha bir yenilik

29-10-2015

9 ayda sosial sahə üzrə 19 milyon 300 min elektron müraciət olunub

20-10-2025

“Elektron hökumət” portalı vasitəsilə ən çox hansı xidmətlərdən istifadə olunur?

11-03-2013

“İş yerindən arayış” elektron xidmət istifadəyə verildi

02-12-2014

İcra hakimiyyəti orqanlarının “Elektron hökumət”ə keçidi niyə ləngiyir?

16-11-2013

Dövlət Sosial Müdafiə Fondu Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirmişdir

14-05-2014

Elektron xidmətlərdən 2,5 milyon dəfə istifadə olunub

24-01-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə