Son illər nitq texnologiyaları sahəsində sürətli inkişaf çoxlu sayda yeni terminlərin meydana gəlməsinə səbəb olub.
AMEA İnformasiya Texnologiyaları İnstitutundan Xeberler.az-a verilən məlumata görə, bu məqsədlə institut “Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlayıb.
Lüğətin hazırlanmasında məqsəd nitq texnologiyaları və nitq siqnallarının rəqəmsal emalı sahəsində Azərbaycan dilində terminologiyanın sistemləşdirilməsidir.
Yeni nəşrin müəllifləri institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoruYadigar İmamverdiyev və texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatdır, elmi redaktoru isə institutun şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyevdır.
Lüğətdə nitq siqnallarının rəqəmsal emalı və nitq texnologiyaları sahəsində elmi ədəbiyyatda rast gəlinən terminlər toplanıb. Lüğətdəki sözlər nitq texnologiyalarının əsas istiqamətlərini əhatə edən müvafiq mövzular üzrə təqdim olunub. Nitq siqnallarının rəqəmsal emalı, nitqin avtomatik tanınması və sintezi, səsə görə şəxsin tanınması üzrə terminlər haqqında ətraflı məlumat verilib.
Kitab nitq texnologiyaları üzrə ixtisaslaşan mütəxəssislər, tələbələr və elmi tədqiqatçılar üçün nəzərdə tutulub.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri