Previous Next
Bağla

Süni İntellekt Laboratoriyasının apardığı tədqiqatlar uğurla nəticələnib

22-04-2021 19:29
Süni İntellekt Laboratoriyasının apardığı tədqiqatlar uğurla nəticələnib

Məlum olduğu kimi bir çox dünya dövlətləri fərqli dialektlərdə, vəziyyətlərdə və formalarda nitqin tanınması və mətnə çevrilməsi sahəsində yüksək nəticələr əldə etsə də, Azərbaycan dilində bu funksiyaları lazımı səviyyədə yerinə yetirmək hələ də
problemli məsələlərdən biri olaraq qalmaqdadır. Bunu nəzərə alaraq, “ATL Tech” şirkətinin nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyasının (AI Lab) apardığı tədqiqatlar nəticəsində “Fövqəladə və təcili çağrı mərkəzlərində nitq tanıma sisteminin inkişafı” mövzusunda elmi məqalə dərc olunub. Laboratoriyasının rəhbəri Ələkbər Vəlizadə, laboratoriyanın maşın öyrənmə mütəxəssisi Natəvan Axundova, ADA Universitetinin İT və Mühəndislik məktəbinin professoru Samir Rüstəmovun müəllifləri olduğu və birgə tədqiqatlarının məhsulu olan elmi məqalə məhz bu məsələləri aradan qaldırmaq məqsədi ilə effektiv həll yolları təqdim edir.

Şirkətin ən qabaqcıl və dövlət əhəmiyyətli layihələrindən biri olan K3 – fövqəladə halları idarəetmə proqramında tətbiq olunmuş və hadisənin növü, ünvanı kimi həyati
əhəmiyyətli məlumatların seçilməsi, danışıqların avtomatik olaraq mətnə çevrilməsi, mətn qutularının nitq vasitəsi ilə yazılması təmin etmişdir.

Lakin fövqəladə və təcili çağrı mərkəzlərindəki dialoqların spesifik, səs-küylü, emosional konteksə malik olduğunu nəzərə alaraq mövcud konfiqurasiyaya əsasən fəaliyyət göstərən nitq tanıma sistemləri bir çox hallarda zəif nəticə göstərmiş və ya bir sıra problemlər ilə qarşılaşmışdır.

Tədqiqat zamanı akustik və dil modellərinin müxtəlif metodologiyaları, həmçinin təcili və fövqəladə yardım mərkəzlərində dialoqlar üçün nitqin avtomatik tanınması məqsədi ilə istifadə olunan etiketləmə metodları araşdırılmış və müqayisəli şəkildə təhlil edilmişdir. Araşdırma iki fərqli məlumat toplusu əsasında aparılmışdı: ümumi olaraq dialoqlar toplusu, fövqəladə və təcili vəziyyətlərdə dialoqların səsli toplusu. Araşdırma və təcrübələr Azərbaycan dilində təqdim olunan fövqəladə və təcili zənglər zamanı dialoqlar əsasında aparılsa da türk dilləri qrupuna daxil olan digər dillər üçün də tətbiq olunması gözlənilir.

Azərbaycan dilində nitqin tanınması və nitqin sintezi istiqamətində “ATL Tech”in nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyasının tədqiqat və nailiyyətləri, bu mövzuya həsr olunmuş elmi məqalənin beynəlxalq elmi jurnallarda və platformalarda dərc olunması mərkəzin fəaliyyətinin uğurlu nəticəsidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

“Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti” hazırlanıb

09-12-2015
Mobil telefondan mikrofon kimi istifadə edə biləcəksiniz

Mobil telefondan mikrofon kimi istifadə edə biləcəksiniz

02-03-2015
 “Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

“Onlayn platformada milli dil korpusunun yaradılması ilə bağlı təcili tədbirlər görülməlidir”

10-03-2023
Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

Süni intellekt üzrə dərc olunan elmi əsərlərin xülasələri toplusu dərc olunub

28-03-2026
İsveçrədə Azərbaycan pavilyonunda ilk telefon tərcüməçi sistemi nümayiş etdirilib

İsveçrədə Azərbaycan pavilyonunda ilk telefon tərcüməçi sistemi nümayiş etdirilib

05-10-2009
AzTU-da “AI-MED LAB” laboratoriyasının açılışı olub

AzTU-da “AI-MED LAB” laboratoriyasının açılışı olub

08-04-2025
“eSAS” proqramı üzrə könüllülər təltif olunub

“eSAS” proqramı üzrə könüllülər təltif olunub

17-12-2020
Təcili texniki yardım maşını istifadəyə verilib

Təcili texniki yardım maşını istifadəyə verilib

10-08-2015
Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

Azərbaycanlı alimlərin süni intellekt tədqiqatı yüksək qiymətləndirilib

13-12-2025
Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

Kiberfiziki sistemlərin intellektual analizi və sintezi problemləri üzrə tədqiqatlar aparılıb

03-12-2024
İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şərait müzakirə olundu

25-02-2015
Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

Pavel Durov Astanada süni intellekt laboratoriyasının açılışını elan edib

02-10-2025
Siri iflic olmuş insana təcili yardım çağırmağa kömək edib

Siri iflic olmuş insana təcili yardım çağırmağa kömək edib

23-01-2017
Azərbaycan alimlərinin “Web of Science” bazasında tədqiqatlarının və onlara istinadların sayı artıb

Azərbaycan alimlərinin “Web of Science” bazasında tədqiqatlarının və onlara istinadların sayı artıb

28-08-2024
Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

28-03-2024
“Dilmanc” layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

“Dilmanc” layihəsi elmi tədqiqatçılar və proqramçılar axtarır

14-05-2015
Süni intellektin universitetlər və elmi-tədqiqat institutları üçün yaratdığı imkanlar müzakirə olunub

Süni intellektin universitetlər və elmi-tədqiqat institutları üçün yaratdığı imkanlar müzakirə olunub

10-07-2025
Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

07-04-2010
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir

19-04-2024
Elektron kitabxanalarla bağlı  problemlər müzakirə edilib

Elektron kitabxanalarla bağlı problemlər müzakirə edilib

18-03-2016
Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

Kibersuveren rəqəmsal dövlətin formalaşdırılması araşdırılır

18-08-2025
Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər

Gənclər Azərbaycanda süni intellektin tətbiqinə kömək edirlər

23-09-2020
“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

“Uşaq Qaynar Xətt” xidməti Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığa başlayıb

14-03-2022
Fövqəladə vəziyyətlərdə telekommunikasiya üzrə  qlobal forum keçiriləcək

Fövqəladə vəziyyətlərdə telekommunikasiya üzrə qlobal forum keçiriləcək

15-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə