Nokia, 4 dəqiqəyə rekord qırdı

09-01-2015 / 17:52

Nokia N1 dünən Çin-də satışa çıxarıldı. Şirkət 4 dəqiqə 2 saniyə ərzində 20.000 ədəd Nokia N1 planşeti satdı. Nokia bəlkə də N1 ilə Xiaomi-nin müvəffəqiyyətindən ilhamlanaraq flaş satış yolunda irəliyə getdi. Nəticə nə olursa olsun qısa vaxt ərzində rekord satış əldə olundu. 

Nokia N1 performansdada çox gözəl bir planşetdir.

GFXBench tətbiqində iPad mini 3-ü geridə qoyur. 

Manhattan testində N1-in xalı 589, iPad mini 3 isə 553 toplayır. 1080p T-Rex Offscreen-də isə N1 1691, iPad mini 3 isə 1598 toplayır. Son test T-Rex-də Nokia N1 1437 frame ile, 1271 xal toplayan iPad mini 3-ü keçdi.

Nokia N1-də 7.9 düymlük 2048x1536 ölçüdə ekran, 5MP ön kamera, 8MP isə əsas kamera, 2.3 GHZ 4 nüvəli İntel Atom Z3580 prosessor, 2 GB RAM, 32 GB daxili yaddaş, 5300 mAH batareya və Android 5 Lolipop əməliyyat sistemi vardır.

Cihazın qiymətinin 197 AZN olması gözlənilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə