Finlandiyanın Nokia brendli smartfonların buraxılışı ilə məşğul olan HMD Global şirkəti tezliklə qabaqcıl Nokia X (Nokia X6) smartfonunu nümayiş etdirəcək.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, , Nokia X smartfonu takt tezliyi Snapdragon 636 prosessoruna uyğun prosessorla təchiz ediləcək.
Smartfon Nokia 6 (2018-ci ildə buraxılan və zəif Snapdragon 630 prosessoru ilə təchiz edilən) və Nokia 7 plus (Snapdragon 660) modellərinin texniki xüsusiyyətlərini özündə birləşdirəcək.
Agentliyin məlumatına görə, Nokia X bir neçə versiyada buraxılacaq. Belə ki, alıcılara 3,4 və ya 6 giqabayt tutumlu operativ yaddaşa malik modellər təklif olunacaq.
Quraşdırılmış yaddaş 32 və ya 64 giqabayta bərabər olacaq. Ekranın diaqonalı 5,8 düym, tərəflərinin nisbəti 19:9, təsvir ölçüsü isə 2280x1080 piksel təşkil edəcək. Qurğu qabaritlərinə görə Nokia 6 (2018) modelinə oxşar (147,2x71x8 millimetr) olacaq.
Smartfon 16 meqapikselli əsas və ön olmaqla iki kamera ilə təchiz ediləcək. Çıxarılmayan batareyanın tutumu 3 min milliamper/saat təşkil edəcək. Smartfonun ABŞ-da 250 dollara satışa çıxarılması nəzərdə tutulur.
Nokia X smartfonunun təqdimatı mayın 16-na planlaşdırılır.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri