Mobil telefon sektoruna geri dönməyə hazırlaşan Nokia-nın Android əməliyyat sistemli yeni cihazının qiyməti müəyyən olunub.
Məlum olduğu kimi, Android və iOS cihazlar sahəsində yüksəlişə nail olub, sonra isə sektorda özünə yer tuta bilməyən şirkət Microsoft-un tərkibinə daxil oldu. Bildiyiniz kimi, bu yaxınlarda Nokia Microsoft ilə olan razılaşmasını bitirdiyini və yenidən mobil cihaz sektoruna öz markası ilə döndüyünü açıqlayıb.
2017-ci ilin ilk aylarında sektora təkrar addım atmağa hazırlaşan Nokia HMD Global adlı firmasının dəstəyi ilə bu işi reallaşdıracaq.
Nokia-nın yeni ildə təqdim edəcəyi cihazlar haqqında artıq məlumatlar paylaşılır.
Amma indiyə qədər telefonların qiyməti haqqında hər hansı bir informasiya verilməyib.
Artıq yeni Nokia telefonlarının qiyməti də açıqlanıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, HMD şirkətinin CEO-su Arto Nummela müsahibəsində Nokia-nın Android əməliyyat sistemli yeni telefonların qiymətlərini də elan edib.
Onun sözlərinə görə, D1C adlı Nokia telefonu 2GB və 3GB RAM olmaq üzrə iki fərqli versiyada təqdim ediləcək.
Cihazın 2GB RAM-lı modelinin qiyməti 150 dollar, 3GB RAM-lı modelinin qiyməti isə 200 dollar olacaq.
Nitekim telefonunun xüsusiyyətləri isə aşağdakılardır:
- 4GHz Snapdragon 430 çipset
-Adreno 505 GPU
-2GB / 3GB RAM
-Android Nougat 7.0 əməliyyat sistemi
-5 / 5.5-inç, 1080p ekran
-16GB sabit saxlama sahəsi
-13 / 16MP arxa kamera
-8MP ön kamera
Nokia D1C-nin fevralda keçiriləcək MWC 2017 -də təqdim ediləcəyi gözlənilir.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri