“Nokia” ABŞ-ın telekommunikasiya operatorunun şəbəkəsini təkmilləşdirəcək

04-02-2025 / 15:06

ABŞ-ın telekommunikasiya operatoru AT&T (T.N) və Finlandiyanın “Nokia” şirkəti səs rabitəsini yaxşılaşdırmaq və 5G şəbəkəsinin avtomatlaşdırılmasını təkmilləşdirmək üçün müqavilə çoxillik müqavilə imzalayıb.

Xeberler.az “Reuters”ə istinadən məlumat verir ki, ötən ilin sentyabr ayında da “Nokia” ilə AT&T arasında ABŞ-da şirkətin simsiz şəbəkəsini (şəbəkənin 70 faizini əhatə edən) qurmaq üçün müqavilə imzalanmışdı.

Şirkətdən bildirilib ki, “Nokia” üçün vacib olan bu müqavilə 5G funksiyalarını təmin edəcək texnologiyaları əhatə edir. Həmçinin AT&T-in əsas şəbəkəsinin təkmilləşdirilməsi yeni səs xidmətlərinin istifadəyə verilməsini təmin edəcək.

“Nokia” şirkəti isə açıqlaması zamanı bildirib ki, AT&T-in əsas şəbəkəsinin təkmilləşdirilməsi ilə yeni səs xidmətlərinin istifadəyə verilməsi, süni intellekt və “machine learning”in inteqrasiya edilməsi ilə - mümkün olacaq.

Şirkətlər müqavilənin dəyərini açıqlamayıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə