Bundan əvvəl Nokia 9-un texniki xüsusiyyətləri barədə məlumat verən Nokia Power User resursu gələcək qabaqcıl smartfonun qiymətini açıqlayıb.
Xeberler.az NRTYN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Nokia 9 smartfonunun Avropa İttifaqı ölkələri üçün qiyməti 749 avro, ABŞ bazarı üçün 699 dollar təşkil edəcək.
Bu, ABŞ-da qiyməti 649 dollara bərabər Apple şirkətinin iPhone 7 smartfon modelindən bahadır.
Bildirilir ki, iyulun sonunda və ya avqustun ilk günlərində nümayiş olunacaq smartfonun satışlarına üçüncü rübdə başlamaq nəzərdə tutulur.
Buna səbəb kimi smartfonun əsasını təşkil edəcək Snapdragon 835 prosessorunun mövcud çatışmazlığı ilə bağlı yaranan problemlər göstərilir.
Nokia 9 smartfonu Quad HD təsvir ölçülü 5,5 düymlü OLED ekran, 12 meqapikselli ön və 22 meqapikselli Carl-Zeiss şüşəli əsas ikili kamera, avtonomluğu təmin etməklə Quick Charge sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən 43800 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək.
Android Nougat əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək smartfonun korpusu suya və toza davamlı olacaq.
Qurğu, həmçinin barmaq izi skaneri, gözün qüzehli qişası skaneri, OZO audio səs texnologiyası, eləcə də 64 və ya 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri