Nokia iki klaviaturalı smartfon təqdim edəcək

26-11-2008 / 13:12
Nokia şirkəti E75 smartfonu üzərində işləyir. Yeni telefon yanından açılan qwerty-kaviaturalı slayder formasında olacaq. Bu zaman ekranın altında adi rəqəmli klaviatura da yerləşdirilib.
Smartfonun texniki xüsusiyyətləri hələ ki məlum deyil. İnternetə yalnız onun fotoşəkilləri çıxarılıb.
Nokia nümayəndələri E75-in işlənib hazırlanmasına dair informasiyaya aydınlıq gətirməkdən imtina edirlər. Yeni smartfonun 2,4 düym diaqonallı ekran, 3,2 meqapikselli kamera ilə təchiz olunacağı ehtimal olunur. Simsiz interfeyslərə gəldikdə isə E75 Wi-Fi, Bluetooth və 3G standartlarını dəstəkləyəcək.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə