Nokia brendi üzərində hüquqa sahib HMD Global şirkəti Londonda keçirilmiş tədbirdə yeni Nokia 8 smartfonunu təqdim edib.
Smartfon 1440×2960 piksel təsvir ölçülü 5,3 düymlük displey, 8 nüvəli Snapdragon 835 prosessoru, modeldən asılı olaraq 4 və ya 6 QB-lıq əməli yaddaşla təchiz edilib.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, Məlumatların yaddaşda saxlanılması üçün 64 QB əlçatan olacaq, həmçinin "microSD" slotu nəzərdə tutulub.
Metaldan hazırlanmış korpus 4 rəngdə (parlaq mis, tutqun göy, parlaq göy və tutqun polad) əlçatandır. Bundan başqa, enerjidoldurma üçün USB Type-C portu, qulaqcıqlar üçün 3,5 mm-lik konnektor, ön paneldə barmaq izi skaneri mövcuddur.
Bu cihaz 13 meqapiksellik ikiqat kamera ilə təchiz edilmiş ilk Android smartfondur. Ön kamera eyni təsvir ölçüsünə malikdir, amma ikiqat deyil. Kameralar "Zeiss" istehsalçısının optikası ilə təchiz edilib. Həmçinin smartfon həcmli səsin yazılması üçün Nokia OZO Audio texnologiyası ilə təchiz edilib.
Nokia 8 smartfonu sentyabrın əvvəlində satışa çıxarılacaq. Avropada smartfonun qiyməti 600 avro təşkil edəcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri