HMD Global şirkəti yeni Nokia 2 smartfon modelini təqdim edib.
Xeberler.az NRYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, smartfon HD (720 x 1280 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekrana malikdir.
Belə ki, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera ilə təchiz edilib.
Qurğunun aparat əsasını dördnüvəli Qualcomm Snapdragon 212 prosessoru, 1 giqabaytlıq operativ və microSD formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4100 milliamper/saata bərabərdir.
Bundan başqa, iki SİM kartdan istifadə, 4G VoLTE, Wi-Fi (802.11 b/g/n), Bluetooth 4.1, GPS və GLONASS dəstəklənir, eləcə də FM radiosu və qulaqcıqlar üçün 5,5 mm-lik çıxış quraşdırılıb.
Ölçüsü 143,5 x 71,3 x 9,3 mm təşkil edən smartfon Android 7.1.1 Nougat əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Qurğuda Android 8.0 Oreo sistem yenilənməsinin olacağı gözlənilir.
Nokia 2 smartfonu qara, ağ və mis rənglərində buraxılır. Qiyməti 99 avro təşkil edəcək yeni qurğunun beynəlxalq satışlarına noyabrın ortalarında başlamaq nəzərdə tutulur.
Xeberler.az
Rəsmilərin sosial mediaya gəlişi nəyi dəyişəcək ?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri