Apple Motorola-nı Avropa komisiyasına şikayət edib

23-02-2012 / 10:27
Apple şirkəti Motorola-nı hazır patentlərdən lisenziyasız istifadəsi ilə əlaqədar Avropa Komisiyasına şikayət edib. Son vaxtlar AB rəqabətdə lisenziya ilə bir çox problemlərin artdığını açıqlamışdı. Motorola şirkəti isə bütün deyilənləri təkzib edir.

Motorola şirkəti cümə günü ABŞ Daşınan Əmlak və Mübadilə komisiyasına verdiyi açıqlamada Avropa komisiyası tərəfindən onlara bir məktub göndərildiyini bildirib.Bu məktubda Apple-ın Motorola ilə bağlı şikayəti göstərilib. Əsas məsələ isə Motorolla şirkəti tərəfindən ödənilməli olan lisenziya məbləğidir.

Avropa Komisiyası da bu məktubun varlığını təsdiq edib və bu barədə araşdırmaların aparıldığını bildirib.

xeberler.az/Samir

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.