Previous Next
Bağla

Notariuslar JEK-lərdən arayış istəməyəcək

21-12-2015 13:35
 Notariuslar JEK-lərdən arayış istəməyəcək

Daşınmaz əmlak alqı-satqısı və onun girov qoyulması zamanı, həmçinin mənzilin vəsiyyət edilməsi zamanı notarius kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə kağız daşıyıcıda arayış tələb etməyəcək.

Xeberler.az-ın məlumtına görə, bu , Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da etdiyi dəyişikliklərdə əksini tapıb.

Belə ki, əvvəlki təcrübəyə uyğun olaraq 2 №-li forma adlandırılan mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayışın əvəzinə notarius gərəkli olan məlumatı müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə etmək imkanına malik olacaqdır.

Xatırladaq ki, dəyişikliklər ölkə başçısının “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli Fərmanının icrası qaydasında qəbul edilib.

Fərmanda qeyd edilirdi ki, “mənzillərdə, fərdi yaşayış evlərində və digər yaşayış sahələrində qeydiyyatda olan şəxslərin uçotunu həyata keçirən mənzil-kommunal istismar sahələrində informasiyanın toplanması, sistemləşdirilməsi, saxlanması və arxivləşdirilməsi kağız daşıyıcılar üzərində aparılır, məlumatların yenilənməsi qeyri-mütəmadi və sistemsiz şəkildə həyata keçirilir, elektron vasitələrdən istifadə edilmir”.

Beləliklə dəyişikliklərdən sonra vətəndaşlar müvafiq əməliyyatları daha səmərəli və vaxtlarına qənaət etmiş şəkildə icra etmək imkanına malik olacaqlar.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yaşayış yeri üzrə arayışın verilməsi sadələşdirildi

29-09-2015

Elektron arayışları artıq bütün dövlət qurumları tanıyacaq

31-08-2015

Rəqəmsal əsrdə yeni həyat tərzimiz... Elektron arayışlar

16-09-2015

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Yaşayış yeri haqqında elektron arayış alanların sayı artır

04-08-2015

Yaşayış yeri ilə bağlı 24 mindən çox e-arayış verilib

15-12-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura təkliflər hazırlayıb

03-11-2015

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023

MM şəxsiyyət vəsiqəsində əks olunan məlumatların yenilənməsi təsdiqləyib

04-07-2025

"Şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib

14-07-2025

“MİDA Kommunal” portalı istifadəyə verilib

02-09-2024

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

Elektron formada tərtibi və qeydiyyatı aparılan ipoteka kağızının sayı 13 mini ötüb

03-09-2024

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb

01-07-2025

Portala ən çox hansı məsələ ilə bağlı müraciət edilib?

10-02-2016

Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir

31-07-2019

Hansı elektron arayış daha populyardır?

07-10-2015

Nazirlər Kabineti “elektron özəlləşmə”ni reyestrə daxil edib

24-06-2015

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə