Previous Next
Bağla

Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir

31-07-2019 10:18
Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsi zəruridir
Xeberler.az bildirir ki, Ədliyyə Nazirliyi etibarnamələrin təsdiqi sahəsində innovasiyaların tətbiqi ilə bağlı məlumat yayıb. Məlumatı təqdim edirik 

Nəqliyyat vasitələri üzərində hüquqların etibarnamələr vasitəsilə həyata keçirilməsi

Mülki hüququn vacib institutlarından olan təmsilçilik hüququ əsasında fiziki və hüquqi şəxslər müxtəlif növ münasibətlərinin iştirakçısı olaraq öz hüquqlarını və öhdəliklərini tam rahat şəkildə, o cümlədən məsafədən həyata keçirmək imkanına malikdirlər.
 
Təmsilçilik üzrə hüquqların əldə edilməsi bir şəxsin digər şəxsə verdiyi vəkalət və ya etibarnamə əsasında reallaşır. Qanunvericilik etibarnaməni birtərəfli əqd kimi müəyyən etməklə predmetindən asılı olaraq onu yazılı və notariat qaydasında təsdiq edilmiş formalara səciyyələndirmişdir. Təcrübə göstərir ki, bəzən notariat forması qanunla imperativ nəzərdə tutulmasa da hüquqi şəxslər,  habelə sahibkarlar özlərinin verdikləri və ya onlara verilən etibarnamələrin gələcəkdə mübahisəsizliyini təmin etmək məqsədi ilə notariat qaydasında rəsmiləşdirilməsinə üstünlük verirlər. Bu üstünlüyün səbəbi nədir və notariat formanın mübahisəsizliyi necə təmin olunur?
 
Etibarnamələrin notariat qaydasında rəsmiləşdirilməsini zəruri edən bir neçə amilləri qeyd etmək olar. İlk öncə etibarnamə notarius tərəfindən təsdiq edildiyi zaman onu verən şəxsin şəxsiyyəti, hüququ və fəaliyyət qabiliyyəti, habelə etibarnamə üzrə veriləcək səlahiyyətlərin sahibliyi notarius tərəfindən müəyyən edilir. Eyni zamanda, notarius etibarnamənin verilməsi ilə bağlı etibar edən şəxsin qanunla müəyyən edilmiş hüquq və vəzifələrini ona izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir. 
 
Bəzən vətəndaş sadəcə hüquqi məlumatsızlığı səbəbindən həqiqi niyyətinə uyğun olmayan münasibətlərin iştirakçısına çevrilməklə arzu olunmaz xərclər və ya hüquqi nəticələrlə üzləşir. Məhz bu halların qarşısını alınması məqsədi ilə notarius etibarnamənin verilməsinin nəticələri barədə aidiyyəti şəxslərə xəbərdarlıq edir.
Nəqliyyat vasitələrinin idarə edilməsi üzrə hüquqların həyata keçirilməsinə əsas olan notariat qaydasında təsdiq edilmiş etibarnamələr etibar edənlərin və etibar olunan şəxslərin hüquqlarını qorumaqla həmçinin bu gün avtomobillərin ölkə daxili və xaricdə operativ dövriyyəsini təmin edir.
 
Həmçinin rəsmiləşdirilmiş etibarnamələr barədə vahid elektron məlumat bazası mövcuddur ki, onun vasitəsi ilə qısa müddətdə etibarnamə barədə məlumatların, habelə etibarnamənin itirilməsi hallarında onun dublikatının rahatlıqla əldə edilməsi təmin edilir. Hər bir hüquq sahəsində olduğu kimi, müasir dövrün tələblərinə cavab verən etibarnamə institutunun inkişaf etdirilməsi daim diqqət mərkəzindədir. Bu məqsədlə mütəmadi təhlillər aparılır, beynəlxalq təcrübə öyrənilməklə innovativ həllərin tətbiqi imkanları genişləndirilir.
 
Belə ki, ötən ilin noyabr ayında ölkə başçısının təşəbbüsü ilə “Notariat haqqında” Qanuna edilmiş dəyişikliklər etibarnamələrin artıq məsafədən verilməsinin hüquqi əsaslarını müəyyən etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) tərəfindən qabaqlayıcı hökumət konsepsiyasına əsaslanan “myGov” portalında qeydiyyatdan keçən hər bir fiziki və hüquqi şəxslə bağlı notariat qaydasında təsdiq edilmiş etibarnamə və onun qüvvədən düşməsi barədə məlumatların avtomatlaşdırılmış qaydada (müraciət olunmadan) onun şəxsi kabinetində yerləşdirilməsi təmin edilmişdir.
 
Bu yenilik əvvəllər əqdin bağlanması üçün vacib olan məkan faktorunu aradan qaldırmaqla vətəndaşın və ya hüquqi şəxsin yerləşdiyi yerindən asılı olmayaraq mobil telefon vasitəsi ilə etibarnamələrin verilməsi hüquqlarını asanlıqla rəsmiləşdirməsini mümkün edir.  İnnovativ metodlara əsaslanmaqla vətəndaşlarla notarius arasında məsafənin azaldılması, münasibətlərin sadələşdirilməsi, çevikliyin artırılması və beləliklə əhalinin yüksək səviyyədə məmnunluğunun təmin edilməsi məqsədini daşıyan bu xidmət müasir çağırışlara cavab verən etibarnamə institutunun inkişaf etdirilməsinə zəmin yaradacaqdır.
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019

myGov ilə onlayn etibarnamə vermək mümkün olacaq

02-08-2019

Bir neçə notariat xidməti “mygov” platformasına inteqrasiya edilib

24-02-2025

Yaxın vaxtlarda Notariat Palatasının təsis edilməsi nəzərdə tutulur

11-04-2019

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verilib

09-12-2024

Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

09-07-2019

“Mobil notariat” tətbiqi ilə rəsmiləşdirilən notariat sənədlərinin sayı açıqlanıb

24-09-2024

Ədliyyə Nazirliyindən daha 2 yeni e-xidmət

03-07-2017

Mobil notariatın işində texniki fasilələr yaranacaq

19-01-2023

Ədliyyə sahəsində rəqəmsal transformasiya və innovasiyalar mövzusunda təqdimat keçirilib

20-11-2019

“Mobil notariat” tətbiqinin istifadəçiləri iki dəfə artaraq 900 minə çatıb

18-01-2024

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023

“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

09-04-2024

Özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

14-03-2019

Notariuslar JEK-lərdən arayış istəməyəcək

21-12-2015

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

TİKA-dan Dövlət Notariat Arxivinə dəstək

04-04-2019

Ədliyyə və məhkəmə sahəsində innovasiyaların tətbiqi genişləndirilir

24-10-2022

Baş menecer: İl sonunadək 4 notarial hərəkət elektronlaşdırılacaq

12-11-2024

Avtomobillərə etibarnamə telefon vasitəsilə veriləcək

15-10-2019

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022

Əlilliyi olan şəxslərin avtomobil və digər reabilitasiya vasitələri ilə təmin edilməsi proseduru elektronlaşır

27-01-2024

Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

24-06-2023

Ədliyyə Nazirliyi tərəfindən növbəti brifinq keçirilib

10-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə