Previous Next
Bağla

NRYTN ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

13-05-2020 10:54
NRYTN ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Cisco” şirkəti arasında birgə fəaliyyətin müzakirəsi və gələcək planların müəyyən edilməsi məqsədilə videokonfrans təşkil edilib.

Xeberıer.az bildirir ki, videogörüşdə Azərbaycan tərəfi ilə yanaşı, “Cisco”nun vitse-prezidenti Qay Diedriç, Rusiya və MDB üzrə vitse-prezidenti Jonathan Sparou və Azərbaycan üzrə regional direktoru Vladimir Orlov, Azərbaycan üçün “Rəqəmsallaşdırma proqramı”nın rəhbəri Ramil Eyyubov iştirak edirdilər.

Videotədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı və qlobal iqtisadi ticari proseslərə ciddi təsir etdiyi bir dövrdə yüksək texnologiyalardan istifadənin prioritet olduğunu deyib. Nazir bu səbəbdən cənab Prezident və digər hökumət təşkilatları üçün videokonfrans keçirmək məqsədilə müvafiq infrastrukturun qurulması istiqamətində yaxından əməkdaşlığa və dəstəyə görə “Cisco” şirkətinin rəhbərliyinə təşəkkür edib. Bildirib ki, göstərdiyi dəstəyə görə şirkətin Azərbaycan üzrə regional direktoru Vladimir Orlova 21 aprel 2020-ci il tarixində Fəxri Fərman təqdim olunub.

“Ölkəmizdə yüksək texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığımızın daha da genişləndirilməsi vacibdir. Hazırda şirkətinizlə birlikdə 8 rəqəmsal prioritet üzərində işləyirik. Bu layihələrin həyata keçirilməsi ölkədə innovativ texnologiyaların inkişafında mühüm rol oynayır”, – deyə Ramin Quluzadə əlavə edib.

“COVID-19” pandemiyası zamanı vacib vasitə olan videokonfranslar üçün “Connected Government” layihəsinin tətbiqindən danışan nazir bir sıra əhəmiyyətli görüşlərin “Cisco” şəbəkə texnologiyalarından və “Azcloud” platformasından istifadə edilərək təşkil edildiyini vurğulayıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən “AzInTelecom”un özəl şirkətlər və dövlət orqanları üçün “Cisco” Görüş Serveri həlli mövzusunda “VCaaS” adı ilə tanınan videokonfrans xidmətinin tətbiqinə başladığını diqqətə çatdırıb. Həmçinin xidmətin gələcəkdə uğurla davam etdirilməsi üçün onun lisenziya müddətinin uzadılmasını nəzərdən keçirmək təklifi ilə çıxış edib.

Ramin Quluzadə əməkdaşlığın vacib elementləri və prioritetlərinə toxunaraq bağlantı, eləcə də dekriminallaşdırma, “ağıllı” kənd təsərrüfatı və kibertəhlükəsizlik məsələlərini səmərəli şəkildə həyata keçirmək üçün birlikdə fəal işləndiyini qeyd edərək deyib: “Ağıllı şəhər” layihəsinə gəldikdə isə, “Əlaqələndirilmiş Mərkəzi Avtobus Dayanacağı” pilot layihə konsepsiyası uğurla tamamlanıb. 2019-cu ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə təqdim edilib.

Azərbaycanın rəqəmsallaşdırma prioritetlərini tam müəyyənləşdirmək və ölkə iqtisadiyyatının inkişafında innovativ texnologiyaların tətbiqini genişləndirmək vacibdir. Bu səbəbdən, nazirlik yaxın vaxtlarda Azərbaycanda start veriləcək “Ağıllı şəhər” layihəsi üzrə məsləhətləşmələr haqqında məlumat toplamaq üçün bir çox beynəlxalq şirkətlərlə Məlumat Sorğusu paylaşıb. Eyni zamanda, “Cisco” və “Kvantella” ilə ölkənin bütün “ağıllı” sistemlərini birləşdirmək üçün “Tək Ölkə Tablosu” konsepsiyasını müzakirə edirik. “Ağıllı şəhər” layihəsi çərçivəsində göstəriləcək məsləhət xidmətlərinin “Cisco” tərəfindən maliyyələşdirilməsinə baxılmasını təklif edirik”.

Nazir Ramin Quluzadə çıxışında tədris sahəsində əldə olunmuş uğurlu nəticələrdən də bəhs edib: “Nazirliyin İKT-nin Tətbiqi və Təlim Mərkəzi “Cisco” Şəbəkə Akademiyası Proqramı ilə sertifikatlaşdırılıb. Bu Tədris Mərkəzi, həmçinin “Cisco”nun Azərbaycandakı ofisi tərəfindən pulsuz təchiz edilmiş avadanlıqla “Cisco” Tədris Laboratoriyasını inşa edib. “Connected schools” layihəsinin icrası da müsbət istiqamətdə inkişaf etməkdədir”.

Vladimir Orlov şirkətin Azərbaycandakı fəaliyyətinə davamlı dəstəyinə görə nazir Ramin Quluzadəyə təşəkkür edərək bildirib ki, “COVID-19” pandemiyası dövründə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vətəndaşların təhlükəsizliyini qorumaq üçün atdığı addımları yüksək dəyərləndirirlər.

V.Orlov qeyd edib ki, yerli komandamız bu çətin dövrdə fəaliyyətin davamlılığını təmin etmək üçün “Cisco” həllərini tətbiq etməklə Azərbaycanın bəzi hökumət qurumlarına vaxtında və uğurlu dəstək verə bildi.

O, çıxışının sonunda innovasiya və rəqəmsallaşma sahəsində ölkəmizin əsas tərəfdaşı kimi çıxış etmələrindən məmnun olduqlarını söyləyib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kənd məktəblərinin şagirdləri şəbəkə texnologiyaları üzrə təhsil alacaqlar

29-05-2015

İT mütəxəssislərin yarışması keçiriləcək

24-11-2015

“Cisco” Azərbaycanda fəaliyyətini genişləndirəcək

14-11-2008

Qarabağ Universitetində “Cisco” Şəbəkə Akademiyası yaradılır

11-09-2024

Azərbaycan şirkətləri Kiyevdə Cisco Expo-2009 konfransında iştirak edəcək

07-09-2009

Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb

16-11-2024

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020

Azərbaycanın “R.I.S.K.” şirkəti “Cisco”-nun “Advanced Borderless” statusunu alıb

18-03-2013

RYTN-in Təlim-Tədris Mərkəzi beynəlxalq sertifikat verəcək

17-01-2017

“Sinam” şirkəti “Cisco Silver Partner” statusu uğrunda sertifikasiyadan keçir

25-11-2009

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

"Cisco Systems" ilə innovasiya ekosisteminin təkmilləşdirilməsini müzakirə edilib

16-11-2024

Nazir Cisco şirkəti ilə memorandum imzaladı

15-03-2018

Apple Cisco ilə əməkdaşlığa başlayır

01-09-2015

“Cisco Expo Learning Club” klubuna azərbaycanlı İT-mütəxəssislər daxil olur

27-10-2009

Prezident İlham Əliyevlə CISCO şirkətinin rəhbərləri arasında videokonfrans keçirilib

15-05-2020

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018

Apple və Cisco əməkdaşlıq edəcək

03-09-2015

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

AzTU-da Cisco akademiyası fəaliyyətə başlayıb-Foto

06-06-2016

Ultra şirkəti Oracle və Cisco-nun yüksək statuslu tərəfdaşı oldu

27-05-2010

Koreya ilə İKT sahəsində əməkdaşlıq müzakirə olunub

19-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə