Previous Next
Bağla

Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

28-08-2019 14:19
Ramin Quluzadə AZCLOUD Hackathon 2019-un açılışını edib

Xeberler.az bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC “Hewlett Packard Enterprise”, “R.I.S.K Company”, “Azercell Telekom”, “TrendMicro”, “Juniper Networks”, “Cisco” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu və tərəfdaşlığı ilə keçirilən “AZCLOUD Hackathon 2019" müsabiqəsinə start verib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə“AZCLOUD Hackathon 2019" müsabiqəsinin açılışını elan edib. Nazir bildirib ki, ölkəmizdə gənclərin intellektual səviyyəsinin artırılması, onların elmə, təhsilə, innovativ düşüncəyə, texnologiyalara və rəqabətədavamlı biliklərə yiyələnməsi xüsusilə vacibdir.  “Bura toplanan əsasən  gənclərdir. Biz çox şadıq ki, gənclərimiz, tələbələrimiz innovativ inkişafa böyük maraq göstərirlər. Çünki müasir dövrdə innovativ düşüncəli gənclərə ehtiyac var.”

Tələbə və gənclərin informasiya texnologiyalarının tətbiqi və istifadəsində aparıcı rol oynadığını deyən R.Quluzadə bunu sevindirici hal adlandırıb.“Bugünkü tədbir onu göstərir ki, gənclərimiz informasiya texnologiyalarından, internetdən yalnız əyləncə, bilik almaq üçün yox, həmçinin biznes ideyaların reallaşdırılması üçün də istifadə edirlər. ”

 

Nazir qeyd edib ki, “AzcloudHackathon 2019” müsabiqəsini təşkil etməklə “AzInTelecom” şirkəti sosial məsuliyyət yönümlü layihələrə dəstək olmaqla yanaşı, İT sahəsində mütəxəssislərin yetişdirilməsinə də böyük töhfə vermiş olur. “Bu növ yarışmalar yeni məhsul və xidmətlərin yaradılmasında innovasiyalarla yanaşı, biznes proseslərin təşkilinə də yol açır ki, bu da ölkə iqtisadiyyatının inkişafına birbaşa müsbət təsir edir.”

 

Daha sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müşaviri Leyla Məmmədova bildirib ki, “AzcloudHackathon 2019” yaradıcı gənclər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, investor və sponsor şirkətlər üçün isə istedadlı kadrları öz komandalarına cəlb etmək üçün bir imkandır.

 

Qeyd edək ki, bu gündən başlayan müsabiqə zamanı iştirakçılar təxminən 48-72 saat müddətində verilən tapşırıq üzərində işləyərək onu təqdim etmək üçün bir araya gəlib.

 

Müsabiqə zamanı texniki tapşırıq üzrə işlərin rahat həyata keçirilməsinə görə hər komanda üçün otaq (SkyBox) ayrılıb və yarışma ərzində komandalar qida ilə təmin olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZCLOUD Hackathon 2019 müsabiqəsinə start verilir

27-08-2019

Nazir AZCLOUD Hackathon 2019-un iştirakçıları ilə görüşüb

30-08-2019

“AZCLOUD Hackathon 2019” müsabiqəsinə qeydiyyat başlayıb

02-07-2019

AZCLOUD Hackathon 2019-un iştirakçılarının adları açıqlanacaq

07-08-2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AZCLOUD Hackathon 2019" müsabiqəsini təşkil edir.

01-07-2019

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

22-07-2019

Azcloud Hackathon 2019 müsabiqəsi başa çatıb

01-09-2019

AZCLOUD Hackathon 2019-un mətbuat konfransı keçirilib

28-08-2019

Hackathon-AzIn 2018 müsabiqəsinə start verilib

30-10-2018

AzInTelecom Hackathon keçirir

23-10-2018

İdeyadan Biznesə startap turlarının respublika üzrə qalibləri seçildi

27-10-2018

Hackathon-un qalibləri bəlli oldu

01-11-2018

“AzInTelecom” MMC “Azcloud ScaleUp” startaplara dəstək proqramına start verir

10-06-2021

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Proqramçılar yarışa çıxır

26-10-2018

Yeni İnnovasiya Mərkəzi yaradılacaq

19-12-2017

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

AzInTelecom BakuTel 2019 sərgisində yeni məhsullarını təqdim edib

07-12-2019

“Azercell Hackathon 2022” yarışması başa çatdı!

27-01-2022

Azərbaycan və İran peyk layihəsi ilə bağlı müzakirələr aparır

22-07-2019

NRYTN ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

13-05-2020

İnnovasiyalar və Texnologiyalar Forumu keçirilib

03-06-2019

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019

"Azercell Hackathon 2022" müsabiqəsinə qeydiyyat başlayıb

12-01-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə