İnstagram təsisçiləri istefaya gedir

25-09-2018 / 14:18

İnstagram sosial şəbəkəsinin baş direktoru Kevin Sistrom və baş texniki direktoru Mayk Kriger istefa verib. Yaxın həftələrdə onların şirkəti tərk edəcəyi gözlənilir.

Xeberler.az  bildirir ki, bu barədə “The New York Times” qəzeti vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, K.Sistrom və M.Kriger istefa ilə bağlı qəbul edilən qərarı sosial şəbəkənin məxsus olduğu İnstagram və Facebook rəhbərliyinin diqqətinə çatdırıblar. Mənbə qeyd edib ki, İnstagram həmtəsisçiləri istefanın səbəblərini açıqlamayaraq işdən azad olunduqdan sonra istirahət edəcəklərini bildiriblər. 

Qəzet nümayəndələrinin fikrincə, K.Sistrom və M.Kriger İnstagram-ı hazırda Facebook şirkətinin yaşadığı ən böyük böhran səbəbi ilə tərk ediblər.   


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə