Qapalı müzakirələrdə inqilab dalğasına yardımların müzakirə olunduğu ehtimal olunur
ABŞ prezidenti Barak Obama aparıcı internet şirkətlərinin rəhbərləri ilə görüşüb. Fevralın 17-də Kaliforniya ştatında baş tutan görüşdə «Facebook» sosial şəbəkəsinin rəhbəri Mark Zuckerberg, «Google» rəhbəri Eric Schmidt və «Apple» şirkətinin yaradıcısı Steve Jobs iştirak edib. Görüşə bir sıra tanınmış biznesmenlərlə yanaşı «Twitter», «Yahoo! », «NetFlix» və «Oracle» şirkətlərinin rəhbərləri və Stanford Universitetinin prezidenti də qatılıb.
«Associated Press»in məlumatına görə, görüş qapalı keçirilib. Barak Obama alternativ enerji, təhsil, yüksək sürətli internet və digər proqramlar üçün milyardlarla dollar ayırmaq istədiyini açıqlayıb. Baxmayaraq ki, onun irəli sürdüyü yeni büdcə layihəsində daxili xərclərin bu maddələrinə moratorium təklif edilir.
Prezident iddia edir ki, məqsədli dövlət xərcləri, həmçinin yeni iş qüvvəsinin yaradılmasına yönəldilmiş maarifləndirici təşəbbüslər başqa ölkələrlə ABŞ-ın gələcək rəqabətə davamlılığının yaradılmasında həlledici qiymətə malikdir.
Barak Obama yaxın zamanlarda «Intel Corporation» rəhbərliyi ilə də görüşməyi planlaşdırır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri