Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
Xeberler.az məlumat verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında bildirilib. İcmalda qeyd edilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici müvafiq olaraq 2 ölkə çox və 1,1 milyon dollar (6,11 faiz) azdır.
Qeyd olunub ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. Cari ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
On bir ay ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,4 milyon dollarla Birləşmiş Krallıq, 3,5 milyon dollarla Lüksemburq, 826,1 min dollarla BƏƏ, 639,5 min dollarla Pakistan, 600,4 min dollarla Türkiyə qərarlaşıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri