İyulun 1-də Avropa İttifaqında “Shein”, “Temu” və “AliExpress” onlayn mağazaları, eləcə də Aİ xaricindəki digər onlayn platformalar vasitəsilə sifariş edilən ucuz mallara gömrük rüsumunun tətbiqini nəzərdə tutan yeni qaydalar qüvvəyə minib.
Xeberler.az məlumat verir ki, artıq hər gömrük bəyannaməsi üçün 3 avro rüsum tutulur. Bu rüsum rəsmi olaraq satıcılar tərəfindən ödənilsə də, əlavə xərclərin qismən daha yüksək qiymətlər sayəsində alıcılara ötürülməsi gözlənilir.
Yeni qaydalar Avropa İttifaqından kənar bütün ölkələrdən idxala şamil edilir, lakin ilk növbədə Çinin onlayn platformalarına aiddir. Tədbir iki il müddətində - Aİ-nin yeni gömrük sistemi tətbiq olunana qədər qüvvədə olacaq.
Avropa İttifaqı bu qərarı idxal həcminin kəskin artması ilə izah edir. Avropa Komissiyasının məlumatına görə, keçən il Aİ ölkələrinə 5,8 milyard kiçik bağlama gəlib. Müqayisə üçün bildirək ki, 2022-ci ildə bu göstərici 1,4 milyard olub. Brüssel hesab edir ki, ucuz malların kütləvi idxalı avropalı satıcılar üçün haqsız rəqabət yaradır, ənənəvi mağazaların bağlanmasına və iş yerlərinin yox olmasına səbəb olur. Bundan başqa, yoxlamalar göstərib ki, idxal olunan malların yarıdan çoxu Aİ-nin təhlükəsizlik və keyfiyyət tələblərinə cavab vermir.
Qeyd edək ki, ABŞ də oxşar tədbirlər görmüşdü. May ayından Çindən kiçik bağlamalarının rüsumsuz idxalı ləğv edilib, avqust ayından isə yeni qaydalar bütün ölkələrdən idxala şamil olunacaq.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları