“Onlayn imzalayıcı” proqram təminatının təhlükəsizlik sertifikatı yenilənib. Bununla əlaqədar olaraq elektron imza istifadəçiləri cari il 20 aprel tarixindən yeni “Onlayn imzalayıcı” yükləyərək quraşdırmalıdır.
Xeberler.az bildirir ki, yeni proqram təminatı yazılmadan öncə köhnəsinin silinməsi tələb olunur. Proqram təminatının silinməsi və yenisinin yüklənməsi qaydaları “ www.e-imza.az ” portalında yerləşdirilib.
İstifadəçilər adıçəkilən portala buradan (http://www.eimza.az/uploads/software/OnlineSigner.exe) daxil olmaqla yeni proqramı yükləyə bilərlər.
Hər hansı texniki problem yarandıqda müvafiq təlimata (http://www.e-imza.az/uploads/instructions/online_imzalayici.pdf) uyğun ardıcıllıqla prosesin icrasını
təmin etmək olar.
Qeyd edək ki, yeni proqram təminatı quraşdırılmadığı halda elektron imza ilə onlayn imzalama mümkün olmayacaq.
Xatırladaq ki, Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim edilən e-imza sertifikatının etibarlılıq müddəti 3 il təşkil edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri