Previous Next
Bağla

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017 12:25
Elektron qaimə əldə etmək daha da asanlaşdı

Məlumat verdiyimiz kimi, aprelin 1-dən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir.

Bunun üçün vergi ödəyicisi  onlayn rejimdə Vergilər Nazirliyinin saytından “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olmalıdır. Daha sonra, zəruri məlumatları daxil edərək onlayn rejimdə elektron qaimə-fakturası tərtib edilib digər tərəfə təqdim edilir.

Xeberler.az bildirir ki, eyni zamanda, vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatı vasitəsi ilə oflayn rejimdə də qaimə-fakturası tərtib edərək göndərə bilər:

Bunun üçün “Elektron Faktura Tərtibatı Proqramını” – eFP 1.1.3 versiyanı və digər zəruri proqramları http://www.e-taxes.gov.az saytından kompüterə yükləmək lazımdır. Beləliklə, vergi ödəyicisi tələb olunan qaimə-fakturaları bu proqram vasitəsi ilə internet istifadə etmədən hazırlayır və paketləyir. Sonra paket faylını “E-imzalayıcı” və ya "Asan DOC" client proqramı vasitəsi ilə imzalayır.  Qeyd edək ki, həmin proqramları http://www.e-imza.azhttp://www.asanimza.az saytlarından yükləmək olar.

 Sonda, gücləndirilmiş elektron imza vasitələrindən birini, “Elektron imza” və ya “Asan İmza” ilə Vergilər Nazirliyinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsini seçib “e-Qaimə” altbölməsinə daxil olaraq, imzalanmış “edoc” və ya “adoc” tipli faylı “Paket göndər” düyməsi vasitəsi ilə sistemə yükləmək lazımdır.

Yükləmə zamanı sistem tərəfindən elektron qaimə-fakturalara unikal seriya/nömrələr verilir və qarşı tərəfin elektron poçtuna göndərilir.

Eyni zamanda, qarşı tərəf “Elektron imza” və ya “Asan imza” vasitəsi ilə göndərilmiş elektron qaimə-fakturanı bir neçə saniyədə təsdiqləyə bilir.

İSTİFADƏÇİ TƏLİMATI - http://www.taxes.gov.az/uploads/2017/EQF/EQF.pdf

LAZIMLI PROQRAMLAR - https://www.e-taxes.gov.az/dispatcher?menu=evhf&submenu=4&nav=evhf

Elektron qaimə-fakturanı doldurarkən istifadə olunan malların, iş və xidmətlərin kodları 

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

Azərbaycanda kağız qaimə-faktura qadağan edilib

02-01-2018

Nazirlik sahibkarlara yenidən xəbərdarlıq edib

25-12-2017

Elektron qaiməni necə ləğv etməli?

14-09-2017

Naxçıvanda elektron qaimə-fakturalar üzrə dövriyyə 2 dəfədən çox artıb

13-04-2023

Bank tərəfindən çek kitabçalarının satışı üzrə alıcılara elektron qaimə-faktura verilməlidirmi?

07-01-2019

Elektron qaimə-faktura verəcək şəxslər məlum oldu

28-01-2019

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Elektron qaimə-faktura nə zaman təqdim edilməlidir?

11-08-2023

Vergilər Nazirliyi: Elektron qaimə-fakturaların tətbiqi qüvvədədir

15-02-2019

ADY ilk dəfə elektron imza ilə rəsmiləşdirilmiş qaimə əsasında yük göndərib

07-01-2025

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

E-taxes.gov.az portalına SİMA Token ilə daxil olmaq mümkün olacaq

10-09-2023

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Vergi borclarını onlayn necə ödəyək?

16-01-2018

E-qaimə fakturaların sayı 2 milyonu ötüb

23-05-2018

Vergi borcu barədə məlumatı daha tez necə əldə edək?

24-04-2017

“SİMA” Vergi portalının fərdi sahibkar xidmətlərinə inteqrasiya edilib

13-05-2025

“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi

15-04-2020

Qaimə-fakturalar elektronlaşdırılır

30-09-2016

Yanvarın 1-dən Vergilər Nazirliyinin elektron kitabxanası fəaliyyətə başlayacaq

25-12-2008

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Turizm şirkətlərinin elektron qaimə ilə bağlı problemi həll edilib

27-03-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə