Previous Next
Bağla

E-imza sertifikatının saxta olmadığını necə müəyyən etmək olar?

04-11-2016 11:17
E-imza sertifikatının saxta olmadığını necə müəyyən etmək olar?

“Elektron imza” ilə imzalanan sənədin yararlı olub olmadığını, kim tərəfindən və nə vaxt imzalandığını necə öyrənmək olar?

Xeberler.az-ın məlumatına görə, bu məqsədlə Məlumat Hesablama Mərkəzi yeni proqram yaradıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən hazırlanan yeni proqram vasitəsilə artıq elektron imza ilə imzalanmış sənədin nə zaman, kim tərəfindən və hansı sertifikatla imzalandığını müəyyən etmək mümkündür.

“Edoc yoxlayıcı” adlanan proqram ,“.edoc” formatında olan rəqəmsal sənədlərdə imzanın strukturunun yoxlanılması və sənədlərin nüsxəsini əldə etmək üçün nəzərdə tutulub. Qeyd edək ki, Milli Sertifikat Xidmətləri Mərkəzinin e-imza sertifikatı ilə imzalanmış sənədlər “.edoc” formatında olur.

Proqramdan necə istifadə etməli ?

www.e-imza.az veb səhifəsinə daxil olub menyudan "Edoc Yoxlayıcı” bölməsini seçin.
"Faylı seçmək" düyməsi ilə yoxlamaq istədiyiniz “.edoc” formatlı sənədi (elektron imza ilə imzalanmış) yükləyin, "Yoxla" düyməsi ilə əməliyyatı davam etdirin.

Göründüyü kimi, sadəcə, 2 mərhələdə elektron imzalı sənədin strukturunu yoxlamaq mümkündür.

"Edoc yoxlayıcı” xüsusən də təşkilatların işini asanlaşdıracaq.

Xidmət üçün hazırlanmış proqram təminatı açıq servis şəklində yaradılıb. "E-imza" xidmətlərini daxili sistemlərinə inteqrasiya etmiş və ya etmək istəyən təşkilatlar bu servisi proqram təminatlarına əlavə etməklə “Edoc” sənədlərin düzgünlüyünü birbaşa öz sistemlərində yoxlaya bilərlər.

Xüsusən vurğulamaq lazımdı ki, bu proqram təminatı veb texnologiyası əsasında qurulduğu üçün təkcə Windows əməliyyat sistemində deyil, həmçinin, Linux və Mac əməliyyat sistemlərində də bu xidmətdən yararlanmaq mümkündür.

Bu xidmət, həmçinin, "Elektron hökumət" portalına (www.e-gov.az), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təqdim etdiyi xidmətlər arasına əlavə olunub. Portal üzərindən xidmətdən istifadə etmək üçün bütün xidmətlər bölməsindən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xidmətləri arasından “Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması” elektron xidmətini seçin. İstifadə qaydaları isə eynilə yuxarıda (www.e-imza.az) təsvir olunduğu kimidir.

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

01-05-2015
Dövlət qurumlarının e-xidmətlərindən istifadə asanlaşır

Dövlət qurumlarının e-xidmətlərindən istifadə asanlaşır

02-01-2016
“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi

“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi

15-04-2020
“Bulud əsaslı imza” layihəsinə start verilib

“Bulud əsaslı imza” layihəsinə start verilib

12-05-2020
E-imza istifadəçilərinin nəzərinə- Proqram yenilənib

E-imza istifadəçilərinin nəzərinə- Proqram yenilənib

14-04-2017
E-imza sertifikatlarının sayı açıqlanıb

E-imza sertifikatlarının sayı açıqlanıb

09-07-2018
E-imza sertifikatlarının sayı  açıqlandı

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016
“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013
Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017
Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017
Elektron qaimə əldə etmək daha da asanlaşdı

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017
Portalın növbəti bülletenində oxucular üçün yenilik

Portalın növbəti bülletenində oxucular üçün yenilik

16-02-2017
 Sığorta hesabatlarını elektron formada necə göndərməli?

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017
E-imzanın mobil versiyası təqdim olundu

E-imzanın mobil versiyası təqdim olundu

07-05-2018
"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

"Elektron imza"nı artıq poçt şöbələrindən almaq mümkündür

29-03-2013
Elektron imza serfikatlarının sayı açıqlandı

Elektron imza serfikatlarının sayı açıqlandı

08-08-2016
Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

Azərbaycanda bir ayda 4 minə yaxın elektron imza istifadəyə verilib

10-03-2016
“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024
Elektron imza sertifikatının qiyməti endirildi

Elektron imza sertifikatının qiyməti endirildi

05-04-2013
26 mindən çox e- imza sertifikatı istifadəyə verilib

26 mindən çox e- imza sertifikatı istifadəyə verilib

11-01-2018
Elektron imza  ilə nə qədər əməliyyat aparılır?

Elektron imza ilə nə qədər əməliyyat aparılır?

09-03-2017
Azərbaycanda 34,5 min elektron imza istifadəyə verilib

Azərbaycanda 34,5 min elektron imza istifadəyə verilib

08-06-2015
Ötən il 23 mindən çox e-imza  sertifikatı istifadəyə verilib

Ötən il 23 mindən çox e-imza sertifikatı istifadəyə verilib

09-01-2017
“Elektron Hökumət” bülleteni təqdim olunacaq

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə