Previous Next
Bağla

E-imza istifadəçilərinin nəzərinə- Proqram yenilənib

14-04-2017 14:54
E-imza istifadəçilərinin nəzərinə- Proqram yenilənib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin tərkibində fəaliyyət göstərən Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM) tərəfindən hazırlanmış onlayn imzalayıcı proqram yenilənib.

Bu barədə Xeberler.az-a MHM-dən məlumat verilib.

Qeyd edilib ki,  bu səbəbdən e-imza sertifikatı ilə imzalama proqramından istifadə edən istifadəçilər kompüterlərində olan imzalayıcı proqramı silib, yenisi ilə əvəz etməlidirlər.

Milli Sertifikat Xidmətləri Mərkəzi bu barədə istifadəçilərə www.e-gov.az portalı və www.e-imza.az  saytı üzərindən bildiriş təqdim edib.

Yenilənmiş proqrama lokal faylların imzalanması və imzalanmış sənədlərin yoxlanılması üçün yeni imkanlar əlavə edilib. Bu yenilik, saytında və ya proqram təminatlarında imzalama imkanını əldə etmək istəyənlər üçün əlavə olulnub. Həmçinin, imzalama prosesində informasiyanın qorunması üçün təhlükəsizlik daha da gücləndirilib.

Bu sadə prosesi həyata keçirmək üçün ilk növbədə bildirişdə göstərilmiş və yüklənilməsi vacib olanOnlineSigner.exe faylını kompüterə yükləmək lazımdır. Avtomatik yüklənən proqramı administrator adından işə salmaq vacibdir. Açılan pəncərədə işləmək üçün istifadəçiyə rahat olan 3 dildən biri seçilir və “OK” düyməsi sıxılır. Açılan səhifədə “Next” düyməsi, növbəti səhifədə “install” düyməsi seçilir, nəhayət, “Finish” düyməsini klikləməklə proqram kompüterə yüklənmiş olur.

Onlayn imza proqramını tam olaraq kompüterə yüklədikdən sonra işləməsini yoxlamaq üçün göstərilmiş ünvana daxil olun:

https://localhost:10281/api/sign/version. Əgər heç bir yalnışlıq olmayıbsa, nəticə olaraq ekranda {"productNumber":"54ca98f4-91c1-4e9a-9b3b-f28ed6f4b996"} bu yazı görsənməlidir.

Link açılmadığı təqdirdə və ya hər hansı bir səhv haqqında məlumat görünərsə, deməli, proqram düzgün yüklənilməyib, yaxud proqramın işləməsinə mane olan digər səbəblər var.

Problemi aradan qaldırmaq üçün təlimatda göstərilən “Proqramda yaranan problemlərin aradan qaldırılması” bölməsindən istifadə edə və ya yaranan bütün suallara 157  Çağrı Mərkəzinə zəng etməklə cavab tapa bilərsiniz.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Onlayn imzalayıcı” proqram təminatı yeniləndi

15-04-2020

DVX: İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər

18-04-2025

E-imza sertifikatının saxta olmadığını necə müəyyən etmək olar?

04-11-2016

“Bulud əsaslı imza” layihəsinə start verilib

12-05-2020

Şəxsiyyət vəsiqələrində Elektron imza sertifikatları yerləşdirilib

31-08-2018

Milli Sertifikat Xidmətləri Mərkəzi yeniliyə imza atdı

01-05-2015

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

E-imzanın onlayn sifarişi sadələşdirildi

31-10-2017

Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

06-10-2016

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017

“SİMA Token”in onlayn sifarişi mümkün oldu

10-10-2024

“SİMA İmza”nın hüquqi şəxs həlli istifadəyə verilib

29-04-2024

Elektron Təhlükəsizlik Mərkəzi Facebook-da yayılan virusla bağlı məlumat yaydı

20-11-2015

Elektron Təhlükəsizlik Mərkəzi xəbərdarlıq edib

14-10-2015

“AccessBank” “SİMA İmza” ilə öz xidmətlərini rəqəmsallaşdırıb

20-12-2024

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017

Elektron imza-dan istifadə sayı 13 milyonu keçdi

04-06-2016

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016

“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

30-04-2015

“SİMA İmza” ilə insan resursları üzrə əməliyyatlar rəqəmsallaşıb

07-03-2024

E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

18-05-2017

“Dilmanc İmla” təkmilləşdirilib

02-03-2016

“SİMA İmza” daha 3 platformaya inteqrasiya edilib

15-01-2025

26 mindən çox e- imza sertifikatı istifadəyə verilib

11-01-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə