 
 	
						 
 	
 				
Cari ilin sentyabr ayından Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” proqramı çərçivəsində “Onlayn Medianın inkişafına dəstək” layihəsi fəaliyyətə başlayır və “Onlayn Media” müsabiqəsi təşkil olunur. 
Xeberler.az-ın məlumatına görə, layihənin məqsədi ölkədə  onlayn media  infrastrukturunun inkişafına dəstək vermək, onlayn media sahəsində kadrların peşakarlığının artırılmasına kömək etmək və yeni media vasitəsilə informasiya əldə edilməsini keyfiyyət və kəmiyyət baxımından yaxşılaşdırmaqdır.
Bu məqsədin gerçəkləşməsi istiqamətində ölkədə informasiya cəmiyyəti quruculuğundan, elektron hökumət məsələlərindən, internet və mobil texnologiyaların gündəlik həyatımıza təsirindən  sistemli formada yazan peşəkar jurnalistlər şəbəkəsinin inkişaf etdirilməsi  nəzərdə tutulur.
Onlayn media sahəsində çalışan kadrların peşəkarlığının artırılması ilə bağlı treninqlər təşkil olunacaq. Bir həftə davam edən təlimləri İKT və media sahəsində çalışan  peşəkar mütəxəssislər aparacaq.
Layihə çərçivəsində həmçinin Onlayn Media müsabiqəsinin  keçirilməsi və bu istiqamətdə ictimai müzakirələrin təşkili nəzərdə tutulur.
Onlayn Media  Müsabiqəsinə  ölkədə elektron hökumət quruculuğu, İnformasiya Cəmiyyəti quruculuğu ilə əlaqəli, İKT-nin  müxtəlif sahələrdə tətbiqinə aid onlayn media qurumlarında  dərc olunan yazılar  təqdim olunacaq.
Müsabiqə çərçivəsində Twitter mikroblqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma təşkil olunacaq. Müsabiqə iştirakçıları ölkədə elektron hökumət quruculuğu və elektron təhsillə  bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin sahibləri olacaq. Müsabiqə çərçivəsində olan bu tip tvitlər bəlli bir müddətdə yalnız #ehokumət və  #etehsil həştəqləri ilə yazılacaq.
Onlayn media Müsabiqəsinin qaliblərinə və “Ən yaxşı xalq jurnalisti” yarışmasında fərqlənənlərə qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Layihə  Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Nar Mobile və SİNAM şirkətlərinin dəstəyi ilə həyata keçirilir.
2006-cı ildən etibarən Multimedia Mərkəzi tərəfindən “İnformasiya Cəmiyyətinin Jurnalisti” Proqramı  həyata keçirilir. Proqram çərçivəsində jurnalistlər üçün təlimlər və media müsabiqələri təşkil olunur.
Geniş məlumat:  www.telim.org 
 
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
  
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 
 Windows 10-u necə sürətləndirmək olar?
 
 Bizi idarə edən güc: Netokratiya
 
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 
 Facebook müəmması
 
 4G mobil texnologiyası niyə ləngiyir?
 
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 
 Satışa çıxarılmış Azərbaycan adları