Previous Next
Bağla

Onlayn mühitdə hansı risklər var?-Araşdırma

06-02-2018 15:24
Onlayn mühitdə hansı risklər var?-Araşdırma

Fevralın 6-da keçirilən Ümumdünya təhlükəsiz internet günü münasibətilə Microsoft Korporasiyası onlayn risklərlə bağlı aparılmış qlobal tədqiqatın nəticələrini dərc edərək, istifadəçiləri şəbəkə mədəniyyətini qorumağa və qarşılıqlı hörmət göstərməyə dəvət edib.

Xeberler.az bildirir ki, Ümumdünya təhlükəsiz internet gününü qeyd etmək ideyası Avropa Komissiyasına məxsusdur.

Baş əlaqələndirici - Insafe qeyri-hökumət təşkilatının iştirakçıları qlobal şəbəkədən təhlükəsiz istifadə etmək üçün alətlər hazırlayır.

 Microsoft 14 ildir ki, Ümumdünya təhlükəsiz internet gününün fəal iştirakçısıdır. İstifadəçiləri təhlükəli nəticələrdən qorumaq və şəbəkədə qarşılıqlı hörmət səviyyəsini artırmaq məqsədilə, şirkət internet-risklər üzrə qlobal araşdırmalar aparır. Rəqəmsal mədəniyyət indeksi (DCI) istifadəçilərin həyatları boyunca nə qədər onlayn-risklərə məruz qaldıqlarını göstərir.

“Bu təşəbbüsün məqsədi – gündəlik həyatımıza daha aktiv daxil olan onlayn texnologiyalardan təhlükəsiz və məsuliyyətli istifadənin təbliğatıdır. Buna görə də şəbəkə təhlükəsizliyinin təmin edilməsi zəmanəmizin ən aktual tələbatıdır. Təhlükəsiz və pozitiv internet – təkcə xüsusi müdafiə proqramları deyil, həmçinin pozitiv məzmun bolluğu, adi internet istifadəçilərinin şəbəkə təhlükəsizliyi barədə biliyi və şəbəkədə davranış normaları haqda ictimayi fikirdir”, - deyə Microsoft Azərbaican şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

Tədqiqatda 23 ölkənin internet istifadəçiləri iştirak edib.  Microsoft-un rəqəmsal mədəniyyət indeksi - sorğuda iştirak edən 13-17 yaş arası yeniyetmələrin və 18-74 yaş arası böyüklərin cavablarına əsaslanıb.

Sorğu iştirakçıları hansı internet-risklərlə qarşılaşdıqları, belə halların nə vaxt və nə qədər təkrarlandığı, hansı nəticələr verdiyi və bu cür halların baş verməməsi üçün hansı tədbirlərin görülməsi barədə sualları cavablandırıb.

Ekspertlər istifadəçilərin 4 kateqoriya üzrə 20 internet-riskinə meyilliyini qiymətləndirib: davranış, nüfuz, seksual və arzuolunmaz əlaqə riskləri.

Məlum olub  ki, tədqiqatda iştirak edən internet istifadəçilərin ⅔-i onlayn risklərlə qarşılaşıb – rəqəmsal mədəniyyət indeksi 65% təşkil etmişdir. Nisbətən geniş yayılmış təhlükə - arzuolunmaz əlaqələr riski olmuşdur, belə ki, respondentlərin 41%-i şəbəkədə yalan, dələduzluq və fırıldaqçılıqla qarşılaşmışdır. Sorğu iştirakçılarının 21%-i kobud rəftarla bağlı risklər haqqında danışıb. Hər dördüncü internet istifadəçisi seksual xarakterli məlumat alıb. Nüfuz riskləri 9% təşkil etmişdir ki, bu da, ötən ilin tədqiqat nəticələri ilə müqayisədə bir neçə bal azalma deməkdir. İstifadəçilərin 45%-i internet-təhlükələrlə qarşılaşdıqları zaman yardım üçün hara müraciət edəcəklərini bildiklərini qeyd etmişlər.

Bundan başqa, respondentlərin 53%-i günahkarları  real həyatda tanıdıqlarını etiraf edib. Sorğu iştirakçılarının 68%-i üçün isə internet-risklər xoşagəlməz nəticələnib – onlar nəinki şəbəkədə, hətta real həyatda da insanlara olan etimadlarını itiriblər.

 Microsoft-un tədqiqatının nəticələrinə əsasən müəyyən olunub ki, istifadəçilər şəbəkədə neqativ halların öhdəsindən gəlmək üçün yeni üsullar tapıblar. İstifadəçilərin böyük əksəriyyəti bildirib ki, onlar digər internet istifadəçilərinə hörmət və ləyaqətlə yanaşır, və münaqişələrdən qaçmağa çalışırlar.

Tədqiqat onu da müəyyən edib ki, ən çox risklərə 2000-ci illərin nəsilləri məruz qalır – ilk olaraq bu istifadəçilər rəqəmsal aləmdə böyümüş, və onların şəbəkədə tədqiqat və eksperimentlər üçün kifayət qədər zamanları olub.

 50-74 yaş arasında olan internet istifadəçiləri isə təhlükələrlə daha az qarşılaşıb. Sözügedən yaş kateqoriyasına aid olan respondentlər şəbəkədə mədəni davranışın ən yüksək səviyyəsini nümayiş etdirib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hansı ölkələrdə rəqəmsal mədəniyyət daha yüksəkdir?-Sorğu

24-02-2017

Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

06-02-2018

Kaspersky: valideynlər uşaqları ilə internet təhlükəsizliyi qaydalarını müzakirə edib

20-02-2020

Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

07-02-2017

Azercell “Təhlükəsiz internet”in təbliğinə start verir

12-12-2023

Azercell “Təhlükəsiz internet” mövzusunda təlimlərini davam etdirir

18-01-2025

Bakcell uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

11-06-2019

10 fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

10-02-2026

“Kaspersky” "Təhlükəsiz internet" mövzusunda seminar keçirib

06-03-2020

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016

“Təhlükəsiz internet” layihəsi Quba və Lənkəran məktəblərində

09-02-2024

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016

İnternet istifadəçilərinə şad xəbər

24-08-2017

9 rayonda təhlükəsiz internet xidməti istifadəyə verilib

20-02-2017

11 Fevral Beynəlxalq Təhlükəsiz İnternet Günüdür

11-02-2025

Bakcell məktəbliləri İnternetdən təhlükəsiz istifadə ilə tanış edir

07-01-2019

Azercell “Təhlükəsiz internet” layihəsi ilə Naxçıvanda!

25-05-2024

Bakcell və ENGİNET Təhlükəsiz İnternet günü ilə bağlı təlimlər keçirib

14-02-2019

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018

Nazirlik internetdə zərərli informasiyalarla mübarizəyə başlayır

18-01-2017

Samir Məmmədov: "2 000-ə yaxın zərərli internet resuru bloklanıb"

12-03-2026

Məktəblərdə Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti müzakirə olunub

23-10-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə