Previous Next
Bağla

Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

05-07-2016 13:24
Səyahətdə olanda internetə qoşulmaq təhlükəlidir?

Səyahətçilərin 44%-i təyyarədən başqa ölkəyə enən kimi dərhal şəbəkəyə qoşularaq öz rəqəmsal məxfi məlumatlarını riskə atır.

Kaspersky Lab şirkəti istifadəçilərin xaricdə şəbəkədə davranışını araşdırmaq məqsədilə onların xarici səfərlər zamanı hansı təhlükələrə məruz qalmalarına dair tədqiqat aparıb.

Xeberler.az-ın məlumatına görə, ümumilikdə sorğuda bütün dünyadan 11 850 insan iştirak edib.

Məlum olub ki, xarici ölkəyə çatan kimi sorğu iştirakçılarının 44%-i şəbəkəyə daxil olur. Məsələn, onların 69%-i yaxınlarına sağ-salamat çatdıqları barədə dərhal məlumat vermək, 39%-i xəritə və hotelin sifarişi kimi səyahət üçün lazımlı məlumata çıxış əldə etmək, 34%-i isə sosial şəbəkələrə daxil olmaq istəyir. Sorğu iştirakçılarının 38%-i işgüzar səbəblərdən şəbəkəyə daxil olur, çünki həmkar və rəhbərləri onlar ilə əlaqə qurmalıdılar. Respondentlərin 34%-i isə sadəcə vərdiş olaraq şəbəkəyə daxil olur.

Ödənişsiz Wi-Fi ilə şəbəkəyə qoşulmaq hər zaman təhlükəsiz deyil, çünki məxfi məlumatlar zəif müdafiəyə malik kanal ilə ötürüldüyündən cinayətkarlar tərəfindən ələ keçirilə bilər.

Kaspersky Lab-ın statistikasına əsasən, turistlər arasında Tailand və Fransa kimi xeyli populyar ölkələrdə ictimai şəbəkələrdən istifadə etmək olduqca təhlükədir. Belə ki, bu ölkələrdə internetin təhlükə səviyyəsi müvafiq olaraq 43% və 40% təşkil edir.

Buna baxmayaraq, sorğu iştirakçılarının 82%-i səyahət zamanı ödənişsiz Wi-Fi-dan istifadə etməyə üstünlük verir. Həmçinin, respondentlərin 50%-i kamera və ya naviqator kimi qadjetlərdən aktiv şəkildə istifadə edərək unudur ki, cihazlarda xeyli şəxsi məlumatlar saxlanılır.

Nəticədə, səyahətçilərin ehtiyatsızlığı kədərli nəticələrə gətirib çıxarır. Belə ki, xaricdə olduqları zaman istifadəçilərin 18%-i kibercinayətkarlardan zərər çəkir, ənənəvi cinayətlərin qurbanlarının sayı isə cəmi 6% təşkil edir.

“Mən xeyli səyahət edirəm: il ərzində 100-dən artıq uçuş edərək müxtəlif ölkələrdə görüş, danışıq və konfranslarda iştirak edirəm. Təbii ki, ictimai Wi-Fi şəbəkələrinə qoşulmalı oluram, lakin belə hallarda mütləq virtual şəxsi şəbəkədən istifadə edirəm (VPN). Bu məxfi məlumatları qorumaq üçün möhtəşəm üsuldur, məhz buna görə VPN-i hər kəsə məsləhət görürəm. Lakin VPN də 100%-lik müdafiə zəmanəti vermir və ona görə keyfiyyətli antivirus proqram təminatını istifadə etmək, bütün quraşdırılmış proqramları vaxtında yeniləmək və xaricdə şəbəkəyə qoşulduğunuz zaman diqqətli olmaq lazımdır”, - deyə Kaspersky Lab-ın baş direktoru Yevgeni Kasperski məsləhət görür.

“Səyahətdə internet: təhlükələr və onlardan qorunmağın yolları” adlı tədqiqat xüsusi olaraq Kaspersky Lab üçün 2016-cı ildə aparılıb. Sorğuda Rusiya, ABŞ, Avropa, Aziya və Latın Amerikası ölkələrindən 11 850 insan iştirak edib. Press-relizdə qlobal rəqəmlər təqdim olunub.

Müvafiq məlumatlar Kaspersky Security Network bulud infrastrukturu ilə əldə olunub.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

Kaspersky Lab fərdi istifadəçilərin müdafiəsini təkmilləşdirir

02-09-2016
Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

Azərbaycan biznesinə qarşı kibertəhlükələr iki dəfə artıb

20-07-2016
Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

Kaspersky Lab şirkətlərə kibertəhlükəsizliklə bağlı yardım edəcək

19-05-2016
VPN nədir və onu necə seçmək lazımdır?

VPN nədir və onu necə seçmək lazımdır?

21-09-2022
Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

Azərbaycanda hansı sosial şəbəkələrin daha çox populyar olduğu müəyyənləşdirilib

19-12-2018
İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

İstifadəçilərin 60 faizi antivirus quraşdırmaqda maraqlı deyil

22-02-2019
Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

Qacetlərdən istifadə təhlükə yaradır-Araşdırma

21-06-2018
İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019
Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

Yaşlı nəsil kibercinayətkarların qurbanı olur- Araşdırma

30-09-2016
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

Azərbaycan istifadəçilərinin ən çox hansı kibertəhdidlərlə rastlaşdığı açıqlanıb

01-11-2018
Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

Hansı aylarda maliyyə kiberhücumları daha çox olur?

28-11-2016
Ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib

Ödənişsiz VPN xidmətlərinin istifadəçilərinə xəbərdarlıq edilib

28-09-2020
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

Hansı sosial şəbəkə daha təhlükəsizdir?-Araşdırma

04-11-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

Ötən il iki milyon istifadəçi şifrə oğurlayan proqramların hücumuna məruz qalıb

30-01-2020
 “Valideynlər övladını kibertəhlükədən qorumur”

“Valideynlər övladını kibertəhlükədən qorumur”

15-11-2016
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Fişinq hücumun əsas hədəfi  kimlərdir?-Araşdırma

Fişinq hücumun əsas hədəfi kimlərdir?-Araşdırma

24-02-2017
Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

Azərbaycan kiberhücumlardan daha yaxşı qorunub

17-09-2018
Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

Kaspersky: İctimai Wi-Fi-dən təhlükəsiz istifadənin 7 sadə qaydası

30-04-2022
Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

Kaspersky Lab Siemens avadanlığında boşluq tapıb

01-07-2016
Kaspersky fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb

Kaspersky fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb

07-12-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə